Tarixin möhürü – Böyük Hun İmperiyası



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

(əvvəli BU LİNKDƏ)

...Böyük Hun imperiyasının yaranması. Metenin dövründə Hun-Çin münasibətləri (e.ə.202-174-cü illər). Tarixi mənbələr hun ittifaqının ilk mütləq ha­ki­minin Tou Mani (Tuman, Teo­man) olduğunu qeyd edir. Həmçinin onun şan­yu /tanhu adlanan çar titulu daşıdığı da öz əksini tapır. Teoman şanyu hun tayfa bir­li­yi­nin təhlükəsizliyini təmin etmək məq­sə­­­dilə Xalxa düzlərində məskən saldı və e. ə. 220-ci ildə Hun dövlətinin əsasını qoydu. Qeyd edək ki, Teoman şanyunun iki oğlu var­­dı. Adətə görə atasının ölü­mün­dən sonra taxt-taca onun böyük oğlu yiyələnməli idi. La­­kin şanyu varisliyi kiçik oğ­lu­na vermək istədiyindən Teoman böyük oğlu Me­te­ni (çin­­lilər onu Mode adlan­dı-rır­dılar) Şərqi Türküstanda yaşayan yuetci tayfasına gi­rov ola­­raq göndərdi. Lakin Hun dövləti bölünmə təhlükəsi ilə üzləşdiyi bir vaxtda şanyu bu tayfa üzərinə qəfil hü­cuma keçib onu yağmaladı. O belə hesab edirdi ki, yuetcilər bun­­­dan xəbər tutub oğ­lunu öldürəcəklər. Lakin Mete bundan xəbər tutub at oğur­la­ya­­­raq atasının yanına dö­nür. Şanyu oğlunun bu qəhrəmanlığından fərəh­lən­mə­sə də, xal­­­qın təkidi ilə ona bir tümənlik, yəni 10 min nəfərlik ailə verdi. Bu tü­mə­nə sər­kər­də­lik etməklə Metenin hərbi istedadı və qoşunu idarə etmək bacarığı üzə çı­­xır. O, or­­duda ilkin olaraq möhkəm nizam-intizam yaratdı. Mete qoşuna əmr edirdi ki, hər kəs eyni anda onun atdığı oxunun arxasınca nişangaha ox atsın. Bunu et­mə­yən­lər dər­­hal cəzalandırılır, bo­yunları vurulurdu. Beləcə sərt qaydaları tətbiq et­mək­lə Mete bü­­tün qoşunun oxu­nu əvvəlcə gözəl atının, sonra sevimli xanımının, daha son­ra isə ata­­sının və ögey qar­­daşının üzərinə yönəltdi və e. ə. 209-cu ildə özünü Şan­yu (xa­qan) elan etdi. Be­lə­cə türk tarixində ilk dəfə Mete atası ilə hakimiyyət uğ­runda apardığı mübarizə­dən qa­lib ayrıldı. O, 24 tayfadan ibarət hun tayfa birliyini və o zaman Mərkəzi Asiyada mövcud olan irili-xırdalı 26 dövləti özünə tabe etdi.

Hun tayfa birliyi daxilindəki qarışıqlıqdan istifadə etməyə cəhd göstərən dun­xu (monqol) tayfaları onların ərazisinin bir hissəsi tələb etdi. Bu ərazilər əkinçillik və maldarlıq üçün əlverişli olmadığından onu zəbt etmək qərarına gəldilər. Şanyu bu dəfə də Əyanlar Şurasını toplayaraq onlardan məsləhət istədi. Onlar isə xaqana “bu atılmış torpağı vermək də olar, verməmək də” dedilər. Əslində Metenin qurmaq is­­tədiyi dövlətə yeni təfəkkürlü əyanlar lazım idi. Əfsuslar olsun ki, bunlar qəbilə ma­­rağını dövlət marağından üstün tuturdular. Mete etiraz edərək “Torpaq dövlətin əsa­­sıdır, məgər onu kiməsə vermək, ya bağışlamaq olar? Torpaq Tanrı tərəfindən hər bir xalqa ayrıca verilir. Torpaq varsa, xalq da var və dövlət yaratmaq olar” dedi və torpağı verməyi təklif edənlərin boynunu vurdurdu. Bununla da Tanhu mütləq hökm­­dara çevrildi.

Özlərində güc his edən dun­xular çevriliş nə­ti­cə­sin­də zəifləyən hunların yanına el­çi göndərib Metenın se­vim­lini atını tələb etdilər. Əyanların əksəriyyəti belə bir atın ve­­rilməsini düzgün he­sab etməsələr də Mete buna etiraz etdi və bir ata görə qon­şu­lar­­la münasibəti kor­la­ma­­­yacağını bildirdi. Dunxular elə hesab edirdilər ki, Mete on­lar­­dan qorxur. Odur ki, bir qədər keçdikdən sonra şanyunun böyük arvadının onlara ve­rilməsi xəbərini gön­dər­dilər. Mete bu dəfə də əyanları ilə məsləhətləşmələr apardı. Əyan­lar dunxuların ədəb qaydalarını bilmədiklərindən onlarla müharibə aparmağın va­cibliyini vur­ğu­la­dı­lar. Xaqan bu dəfə də etiraz etdi və “qonşu dövlətlə mü­na­si­bət­lə­ri bir qadının üstündə korlamaq olmaz” deyərək sevimlı xanımını dun­xu­lara gön­dər­di.

Mete dərhal dunxuların üzərinə hücuma keçərək onları darmadağın etdi. Dun­xu­­­ların tör-töküntüləri isə Syanbi və Turan dağlarında gizləndilər. Dunxulara məx­sus ərazilər, mal-qara sürüləri hunların nəzarətinə keçdi. Qələbədən ruhlanan hunlar yü­­rüşlərini davam etdirərək əvvəlcə şimal türkləri olan dinlinləri, o cümlədən qequn, suy­şe, sinli və b. barbar tayfaları məğ­lu­biy­yə­­tə uğ­ra­dıb İrtış çayına çıxdılar. Daha son­ra Şərqə doğru hərəkət edərək Sakit okeana çat­dı­lar. E. ə. 205-204-cü illərdə Me­te Ordos tayfaları olan leufan və boyan tayfalarını fəth etdi. Ardınca Çin üzərinə yü­rüşə hazırlaşaraq əski ata-baba torpaqlarını geri al­ma­ğa çalışdı.

Çinlə çoxillik müharibələr nəticəsində Mete qədim hun tarpağı olan Ordosu g­e­ri qaytara bildi. İmperiyanın ərazilərinin böyüməsi nəticəsində müasirləri onu Xan im­­periyası ilə müqayisə edirdilər. Xaqan bir dəfəyə 300 min oxçu toplaya bilirdi. Mü­­haribə hun sərhəddini aşaraq Çin torpağına keçmişdi.

E. ə. 202-ci ildə Çində baş verən vətəndaş müharibəsi Xan sülaləsinin əsasını qo­­yan Lya Banın qələbəsi ilə başa çatdı. E. ə. 201-ci ildə hunlar Yenisey düzlərində tə­­şəkkül tapan Taqar mədəniyyətini və Dağlıq Altayda Pazırlıq mədəniyyətini ya­ra­dan­­ları özlərinə tabe etdilər. E. ə. 200-cü ildə imperator Lyu-Ban 300 min­lik qoşunla Me­­teni cəzalandırıb birdəfəlik özünə tabe etdirmək fikrinə düşdü. La­kin Şanyu ən­ənə­vi taktikasına sadiq qalaraq şimaldan hücum edən hunlarla bir­lik­də Man qa­la­sını mü­hasirəyə alaraq qalanın kamendantı Xan Sini əsir götürdülər. Sü­rətə cənuba doğ­ru hə­rəkət edən hunlar Şensi əyalətinin şimal hissələrini, o cüm­lə­dən bu əyalətin pay­­tax­tı olan Tsinyan şəhərini ələ keçirdilər. Pinçen şəhəri ya­xın­lı­ğnda Çin or­du­su­nun ön cəbhəsi imperator Lyu-Banı soyuqda 7 gün mühasirədə saxladı. Sonra arvadının xa­hişi ilə mühasirəni açaraq imperatoru öz paytaxtına gön­də­rir.

Bununla belə Mete Çinə hüсumlarına ara vermir və aramsız yürüşlərini davam et­dirirdi. Bu zaman Lyu-Banın əyanlarından biri imperatora məsləhət görür ki, bö­yük qızını xaqana verməklə bu hücumların qarşısını nəinki almaq, həmçinin bu iz­di­­vacdan olan nəvənin gələcəkdə babasına hücum etməyəcəyi və ola bilsin ki, gə­lə­cək­­­də hunları Çinə tabe etməyin mümkün olacağını qeyd edirdi. Nəticədə e. ə. 200-cü ildə (bəzi mənbələrdə e. ə. 198-ci ildə) Çin və Hun dövlətləri arasında “sülh və doğ­­­malıq” haqqında müqavilə imzalandı. Müqaviləyə görə, Çin imperatoru öz qızını Me­­­teye verməklə yanaşı, hər il vergi ödəməyə boyun olurdu. Qarşılığında Mete isə Xan Sin və digər satqınları Çinə qaytardı. Bununla yanaşı, müxtəlif Çin knyazları mü­­­­­təmadi olaraq özlərini hunlara təslim edir və onların hakimiyyətini qəbul edir­di­lər. Ardıcıl məğlubiyyətlərdən təngə gəlmiş Çin imperatoru Lyu-Ban e. ə. 195-ci il­­­­-də vəfat etdi və vəliəhd azyaşlı olduğu üçün faktiki olaraq ölkəni onun xanımı Lyuy-Xou idarə edirdi. E. ə. 192-ci ildə Mete şanyu bundan istifadə edərək Lyuy-Xouya mək­­tub yazıb ona evlənmək təklif edir. Mete bununla bütün Çin ərazilərinin gəlinin ce­­hizi kimi ona keçəcəyini zənn edirdi. Lakin dul qadın Çinlə hunlar arasında mü­ha­­ribə olmasın deyə, qocalığı bəhanə gətirərək bu izdivacdan imtina etdi, lakin sə­fir­ləri qiymətli hədiyyələrlə yola saldı. Xəracın ödə­nilməsində Çin tərəfinin üzərinə gö­türdüyü öhdəliklər vaxtında icra edilirdi. Bu hal yalnız e. ə. 166-162-ci illərdə hun­lar tərəfindən “Sülh və doğmalıq” haqqında mü­­qavilənin pozulması ilə aradan qalx­mış oldu. Lyuy-Xoyunun ölümündən sonra ha­­kimiyyətə gələn Ven-dinin döv­rün­də bağlanan müqaviləyə əsasən Hun im­pe­ri­ya­sı Xan imperiyasına bərabər hü­quq­lu hesab edildi.

Çində vətəndaş müharibəsi başa çatdıqdan sonra ölkə bütün hərbi gücünü sə­fər­­­bər etdi. Çində Xan sülaləsinin siyasi nüfüzü güclənməyə başladı. E. ə. 191-187-ci illərdə Mete Yeddisu və Şərqi Türküstan, eləcə də Usun ölkəsini fəth etdi. E. ə. 181-179-cu illərdə Mete soqdiyalıları özündən asılı hala saldı. Çinlə sülhün qo­ru­nub –sax­lanılması nəticəsində Mete şanyunun hərbi qüdrəti getdikcə yüksəldi, daxili sa­bit­­lik bərqərar oldu.

E. ə. 177/176-ci ildə Mete üzünü yenidən Şərqi Türküstan və Tyan-Şanda ya­şa­­­­yan usunların ölkəsinə tu­taraq türk əsilli soqdiyalılar üzərində parlaq qələbə qa­zan­­­­dı. Daha sonra Mete İrtış və Yenisey çaylarının hövzələrində yaşayan indiki qır­ğız­­­­ları və Altayda yaşayan qıpçaqları da özünə tabe etdi. Bu Metenin sonuncu uğurlu sə­­­­fəri oldu. Çin Xan sülaləsindən xərac aldıqdan sonra sülh müqaviləsi imzaladı. Çin hər il qarşı tərəfə əkinçilik məhsulları və böyük miqdarda ipək parça verməyi öh­­dəsinə götürdü. Nəticədə, Şərqi Türküstanın Hun dövlətinin sərhəd­lə­ri­nə daxil edil­­­­məsi ilə imperiyanın ərazisi Şərqi Türküs­tan­dan Koreyaya qədər uzan­dı. Bu­nun­la da Hun dövləti Metenin zamanında imperiyaya çevrildi.

Döv­lə­tin qurucusu olan Me­­te şanyu e. ə. 174-cü ildə vəfat etdi. O, 35 il ha­ki­miy­­yətdə qaldı və bu zaman döv­­lətin mərkəzi Ötükən şəhəri idi. Onun dövründə Böyük Hun imperatorluğu dünyanın ən qüdrətli dövlətinə çevrilmişdi. Bəhs olunan dövrdə Hun imperatorluğunun 18 milyon kvadrat kilometr ərazisi olmuşdur. Bö-yük Hun imperiyası şərqdə Koreya, şimalda Kerulen, Tola, Selenqa, Yenisey, Ob, İrtış, İşım çayları, qərbdə Balxaş, hətta Aral gölünə, cənubda isə Çinin Vei çayı, Tibet ova­lığı və Qaraqoruma qədər uzanırdı. Tarixçi Əkbər Nəcəfin fikrincə, İşquz im­pe­ri­yasından sonra Böyük Hun imperiyası ərazilərinin genişliyinə görə, o vaxta qədər ta­rixdə yaranmış ikinci böyük imperiya hesab edilirdi. Böyük Hun imperi-yasının əra­ziləri Roma imperiyasından bir neçə dəfə böyük idi. Hun im­pe­ri­ya­sı­­nın sər­hədləri şi­malda Sibir buz­laq­larına, cənubda Himalay dağlarına, şərqdə Sakit oke­­a­na, qərbdə Xə­zər dənizi və Ural dağlarına qədər uzanırdı. Şərqdə Hun döv­lə­ti­nin sər­hədləri Şər­qi Tyan-Şana qə­dər çatırdı və usunların yaşadığı ərazi ilə sər­həd­lə­­nir­di. Tyan-Şanın şi­mal-şər­qin­də hunlar kanqyuylarla qonşu idilər.

Metenin islahatları. Mete çox uzaqgörən, ağıllı və səriştəli hakim idi. O, dövlətini daha güclü tə­məl­­lər üzərində qurmaq, habelə düşmənlərinə qarşı amansız mübarizə aparmaq məq­­­sədilə bir çox sahələrdə -ictimai, siyasi, hüquqi, hərbi islahatlar həyata keçirdi. Me­­te islahatlara ordudan başladı və onu onluq, yüzlük, minlik və onminlik (tü­mən­lik) hissələrə böldü. Onlara rəhbərlik edən komandanlara isə onbaşı, yüzbaşı, minbaşı və tümənbaşı rütbələri verdi. “Bütün kişilər döyüşçüdür və torpaq dövlətin əsasıdır” ideyası bu islahatların özəyini təşkil edirdi. Mete qısa bir müddət ər­zində müxtəlif rəngli at­­larla təmin edilmiş (ağ atlılar, qara atlılar və s.) və dörd coğ­rafi cəhətə uyğun 4 atlı korpus təşkil etdi. Bu zaman Mete ordusunun sayını ar­tı­ra­­­raq 60 mindən 300 min nəfərə çatdırdı. Tayfaların hər biri lazım gəldikdə mü­əy­yən miqdarda atlı döyüşçü verməli idi. Hun süvarisinin əsas döyüş alətləri ox, ni­zə, qılınc idi, hunların əsas taktikası düşməni yorub əldən salmaq, sonra isə ona qə­­fil zərbələr endirmək idi. Hun döyüşçüləri savaş zamanı paz şəklində düzülür, sep şək­lində səpələnirdilər. O qədər cəld, çevik davranırdılar ki, rəqibləri onların nə vaxt və haradan peydə olacağını təxmin belə etmirdilər.Özünəməxsus döyüş taktikası olan Mete Əhəməni şahı Daranın bir milyondan artıq ordusunu Skif çöllərindən qaç­ma­ğa məcbur etmişdi.

Bu zaman hun ordusu 300 min nəfərdən ibarət idi. Çin ordusu sayına gö­rə hun or­­dusundan 15-20 dəfə çox idi. Metenin döyüş taktikasında düşməni yormaq ami­lin­­dən geniş istifadə olu­nur­du. Bu işi əsas etibarı ilə ordunun önündə gedən dəstələr hə­­yata keçirirdilər. Mete ordunun seçmə atlıları ilə birlikdə pusquda dayanır, dö­yü­şün həlledici anını göz­lə­yirdi. Bundan əlavə, Mete güclü tümənləri döyüş zonasının sağ və sol cinahlarında eh­­tiyat dəstələr şəklində sax­la­yır, əksinə zəif döyüşçüləri ön cəbhəyə buraxırdı ki, bu da əsas etibarı ilə yayındırma döyüşlərinə xidmət edir­­di. Bu za­man qə­ləbədən ruhlanan düş­mə­nin səfləri pozulur, döyüş intizamı arxa plana ke­çir­di. Be­lə olduqda Mete ci­nah­lar­dan döyüşə yeni qüvvələr cəlb edir və parlaq qə­lə­bə qa­za­nır­dı. Xaqan ilk dəfə ola­raq döyüşlərdə fit çalan oxlar da tətbiq etmişdi. Min­lər­lə fit ça­lan ox döyüşlərdə elə vahimə yaradırdı ki, düşmən psixoloji cəhətdən sınır, ge­ri çə­kilirdi...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ