Tarixin möhürü – Böyük Hun İmperiyası



Taleh Cəfərov
ADPU-nun Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının dosenti,
tarix üzrə fəlsəfə doktoru

Qədim Çin mənbələri hunlar və Böyük Çin səddinin ti­kin­ti­si barədə

Mərkəzi Asiya və Qərbi Sibirdəki türk xalqlarının döv­lətçilik ənənələri bir­ba­şa hunlarla bağlıdır. Avrasiyanın etnik-siyasi tarixində silin­məz izlər buraxmış hun­lar Çin tərəfindən işğal edilmiş Qansu (Ordos) əyalətindən şi­­malda və qərbdə Qa­za­xıs­­­tan çöllərinə qədər böyük ərazidə yaşayırdılar və usun-larla qonşu idilər. Həmçinin hun­­­larla qonşuluqda yaşayanlar sırasında monqol di­lində danışan tayfaların əc­dad­la­rı olan dunxular və Hind-Avropa dillərində danışan yuetciləri də qeyd etmək la­zım­­­dır. Cə­nub­da Qobi səhrasının cə­nub sərhədləri və Tyan-Şanın şimal zirvələrinə qə­­­­­dər ərazi də onlara məxsus idi.

Məlumdur ki, hun tayfasının təşəkkülü və for­ma­laş­ma­­­sı prosesində müxtəlif tay­fa və tayfa birlikləri yaxından iştirak etmişdilər. A.P.Ok­­­ladnikov bu barədə ya-zır: “Bay­kal öncəsi ərazilərdə müasir evenklər, yukarların əc­­dadları sayılan, bir-bi-rinə qo­hum olan tayfalar yaşayırdılar. Onların mə­də­niy­yət­lə­­ri Yuxarı Amurda, Şi-mali Man­­­curiyada, Ordosda və Çin səddinə qədərki əra­zi-lər­də yaşayanların mə­də­niy­yət­lə­ri ilə eynilik təşkil edirdi. İstisna deyil ki, böyük bir əra­zidə məskunlaşan eneolit və er­kən tunc dövründə ovçuluq və balıqçılıqla məşğul olan bu tayfalar, çox gü­man ki, bir-birləri ilə qohum olan dildə danışırdılar”. L.N.Qu­milyov bu tayfala-rın cənub his­­­səsində yaşayanların hunların əcdadları ilə qar­şı­laş­­­­dıqlarını və qayna-yıb-qa­rış­dıq­­larını ­yazır.

Tanınmış ingilis tarixçisi Qibbon (1737-1794) hunları monqollarla eyni­ləş­di­rir­­di. Digər bir görkəmli ingilis tarixçisi və publisisti Con Menn isə bu fikri qə­tiy-yət­­lə təkzib edərək yazır: “Bu əsla ola bilməz. Belə ki, hunların məskunlaşdığı əra­zi­­yə monqollar 500 il sonra gəlmişdilər”. O, fikrini çoxsaylı elmi qaynaqlar, etibar­lı mən­­bələr əsasında apardığı araşdırmalarla əsaslandırır. O, təəssüflənir ki, bu gü­nə­cən hun dilində hər hansı mətnə rast gəlməyib. Macar alimi İştvan Bonla eyni fik­irdə ol­­duğunu qeyd edən Con Men sonda be­­lə bir nəticəyə gəlir: “Beləliklə, çox güman ki, hunlar türk mənşəli idi və türkcə da­­nışırdılar. Ola bilsin, həmin türkcə monqol di­­linə də yaxın idi. Hunların Çin, slav­yan və german tayfalarıyla isə heç bir əlaqələri yox­­dur

Hun adı ilk olaraq Çin mənbələrində e. ə. III minilliyin ortalarında baş verən si­­­yasi hadisələrlə bağlı çəkilir. İlkin mənbələrə görə, hunların əcdadları e. ə. 2350-ci ildən öncə Şan (dağ) Rongları, Şiangun, Hunyu adları altında Çinin şimal sər­həd­lə­­­rində yaşayırdılar. Belə ki, e. ə. 2500-1600-cü illər arasındakı hadisələrlə bağ­lı hun­­­lar şianyun, hunyu; e. ə. 1600-1000-ci illər arasında guifang; e. ə. 1000-250-illər ara­­­sı şianyun və nəhayət e. ə. III əsrdən sonra şiongnu kimi qeyd edilir. Soqd, hind, fars, ərəb, süryani, erməni, yunan, latın, bizans qaynaqlarında hun adı hun, huna, hu­ni, hyaona, hyon kimi formalarda işlədilmişdir. Hun etnoniminin mə­na­­sı ilə əla­qə­dar bir sıra baxışlar mövcuddur. Bunlardan ən məqbul olanı “Kün” yəni “xalq” ola­nıdır.

XIX əsrdən başlayaraq aparılan arxeoloji qazıntılar, eləcə də ortaya çıxan ta­ri­­xi mətnlər hunların türk mənşəli olduğunu təsdiq edir. Müasir türk tarixçilərindən Əh­­məd Taşagil göytürklərin hunları öz ataları sayırdıqlarını qeyd edir. Hun xa­nə­dan­­­lığının rəsmi tarixi olan Han Şuya görə hunların ilk bəyi Çun Veydən Teo­ma­na qə­­dər keçən min il ərzində hunlar gah zəifləmiş, bəzən isə birləşib güclənmişdilər.

E. ə. III minillikdə erkən Çin sülaləsi olan Sya Çin ərazisindəki bir sıra tay­fa­la­­ra qarşı mübarizəyə başladı. Dağlıq və meşə zolaqlarında yaşayan tayfalardan fərq­li olaraq Hunyuy tayfaları Çinin şimal ərazilərində, susuz səhralarda məs­kun­laş­mış­dı­­lar. O zaman Çinin əsas düşmənləri Jun və Di tayfaları olduğu halda im-perator mü­­­barizəni hunyuylarla aparmış və qələbə qazanmışdır. Məğlubiyyətdən sarsılan kö­­­çə­ri tayfalar Çinin ucqar və əlverişsiz ərazilərinə doğru sıxışdırıldılar. Nəticədə Xe­­nan və Şensi vilayətlərində Sya sülaləsinin hakimiyyəti bərqərar oldu. Qeyd edək ki, e. ə. II minillikdə Qobi səhrasında hunyuy və hanyuy tayfaları məs-kunlaşmışdı. Çin mənbələrində hunyuy və hanyuylar hunların əcdadları kimi gös­tərilir. Çin ta­rix­­­­çisi Sıma Syan “Tarixi qeydlər” əsərində hunların ilk əcdadının Sya soyundan olan Şun Vey olduğunu qeyd edir. Bu əfsanəyə görə hunlar Şun Veyə tabe olan çin­li­­lərlə səhra qəbilələrinin qaynayıb-qarışması nəticəsində mey­dana gəlmişdilər.

Xüanxenin şimal vadisində yaşayan köçərilər müasir Monqolustanın və Sibi­rin ərazisində məskunlaşmışdılar. Çin mənbələrində onları müxtəlif cür adlan­dırır­dı­­lar. Belə ki, Sya sülaləsində türklərə şun vey, İn sülaləsində quyfan, Çjou sü­la­lə­sin­­də syanyuni, Xan sülaləsində isə syunnu (xunnu) deyirdilər.

E. ə. 1797-ci ildə Çin kyazı Qun-Lyu hakimiyyətdən uzaqlaşaraq jun tay­fa­la­rı­­­­nın yanına qaçdı. O, özünə sadiq tərəfdaşları ilə junlara sığındı, Sya sülaləsindən ay­­­­rılaraq müstəqil oldu. Üç əsrlik birgəyaşayış nəticəsində milli kimliklərini qoru-ya bil­­­miş çinlilər Şan Funun başçılığı ilə e. ə. 1327-ci ildə junların təqibindən xilas ola­raq yenidən Şensi əyalətinin şimal ətəklərinə qayıdaraq buralarda məskunlaşdı­lar. Hun-Çin qarışığından yeni Çoy sülaləsi təşəkkül tapdı. Yenicə yaranmış knyazlıq jun tayfalarına qarşı mübarizəni sona qədər davam etdirdi və onları şimal çöl­lərinə qov­­­du. Junlar Çoy knyazlığından asılılığı qəbul edərək bir müddət vergi ödədilər. E. ə. X əsrdən etibarən vergini ödəməkdən imtina etdilər və mübarizəyə başladılar.

Hunlar haqqında ilk dəfə e. ə. 1764-cü ildə Çin mənbələrində ya­­zılır. Bun­dan son­­­ra demək olar ki, 1500 il ərzində hunların tarixi kölgədə qa­­lır. Lev Qumil­yov bu­nu tarixin sınma qanunu ilə izah edir və təbii qa­nu­na­uy­ğun­luq adlandırır. Çin mən­bə­­­­­ləri isə hunlarla qonşuluqda yaşayan dinlin tayfaları haq­qın­­da ətraflı məlumat ve­rir. Dinlin antropologiyası haqqında məlumat verən mən­bə­lər onları or-ta boylu, möh­­­­kəm bədənli, uzun sifətli, ağbəniz, alyanaqlı, qonurgözlü, açıq rəngli saçları olan tay­fa kimi təsvir edir. E. ə. 1200-cü illərdə Minusinsk düz­ən­li­yində möv­cud olan An­­­dronovo mədəniyyətini Şimali Çinin və Sarı çayın sa­hil­lə­rin­dən gələn kö­çə­ri­­lər tə­rəfindən yayılan Karasuk mə­dəniyyəti əvəz etdi. Görkəmli antro­­poloq Q.F.De­­beç Qər­bi Sibir ərazilərinə yeni mədəniyyətlə yanaşı monqol və Av­ropa ir­q­lə­­­ri­nin qa­­­­rı­şı­ğından yeni irqin əmələ gəldiyini yazır. Bu yeni qarışıq irq­dən Avropa ir­qinə bən­­­­zər dinlin və di tayfalarının görünməsi onu deməyə əsas verir ki, hər iki tay­fa Av­­­­ropa mən­şəli etnoslar olmuşlar. Bir-birinə çox bənzəsələr də din­-linlər sırf Avropa mən­­­şəli, dilər isə Avropa ilə monqol irqinin qarışığı olmuşlar. Q.E.Qrumm-Qrij­may­lo di və dinlin tayfalarını ey­­­niləşdirərək “Neolit dövründə Sa­rı çay hövzəsində yaşa­yan di, yaxud dinlinlərin Cə­­nubi Sibirdə məskunlaşan uzun-başlı irqlə heç bir genetik əla­­qəsinin olmadığını söy­­ləyir. Qeyd edək ki, dinlinlər II əsrindən tarix səhnəsindən si­­lindilər. Di tayfaları isə IV əsrdə cənubdan gələnlərlə assimilyasiya prosesi bit­dik­dən sonra peydə olmuşlar. IV əsrdə Yenisey qır­ğız­­­larını məhz dinlinlərlə əla­­qə­lən­dir­­mək olar. Dinlinlərin cənub qolu isə hunların əc­­dadları ilə qarışdı və on­lar era­mı­zın II əsrində tarixin səhnəsindən silindilər.

E. ə. XII əsrdə avropoid irqinə mənsub dinlinlərlə qaynayıb-qarışan hunların xalq kimi formlaşması prosesi sürətləndi. Nəticədə hunlar öz əcdadlarından köklü su­­­rətdə fərqlənməyə başladılar. E. ə. 1200-cü ildə hunlar tarixdə ilk çar­lıq­larını ya­rat­­­dılar. Bəhs olunan dövrdə hun­lar Xebeydən Barkul gölünə qədər olan əraziləri məs­­­kunlaşdırırdılar. Bu za­man­dan etibarən hunlar Çinə ilk yürüşlərini etməyə baş­la­­dılar. E. ə. 1200-cü ildə hunlar ilk dəfə Qobi səhrasını keçdilər. E.ə. III əsrdə Si­bir­dən Qobi səhrasına qədər böyük bir ərazi hunların nəzarətinə keçmişdi. Bu dövrdə hun­larda ataxaqanlığı və məişət quldarlığı mövcud idi.

Hunların qərb dəstəsi dinlin tayfalarının əhatəsinə düşdü və tayfalarından təc­rid olundular. Hunlarla qan qohumu olan Baykalətrafı tayfalar e. ə. III əsrdə hunlara tabe oldular.

E. ə. 822-ci ildə Çin poetik mənbəsi olan “Mahnılar” kitabında hunların Çinə yü­­­rüşləri barədə məlumatlar əksini tapıb. Bu yürüş onu deməyə əsas verir ki, o za­man hunlar təşkilatlanmış quruma malik idilər. Bundan sonra yenə 500 il hunların ta­­­rixi kölgədə qalır. E. ə. 318-ci ildə Çin mənbələri hunlarla müqavilə bağlandığını və onların şimala sıxışdırıldığını qeyd edir. E. ə. 307-ci ildə çinlilərin İnşan dağ­la­rı­nın ətəklərində müdafiə sədləri və sərhəd qalalarının tikintisi vüsət alır. Çinlilər min il ərzində tədricən hunları və monqolları şimala sıxmaqla, onların yerində məs­kun­la­­şırdılar. Bu proses min ildən artıq davam etdi və bu müddətdə hunlar daim çin­li­lər­­lə toqquşurdular. Əslində bu toqquşmalar əlverişli torpağı olan Ordos uğrunda mü­­barizə idi və heyvandarlığın inkişafı üçün xüsusi əhəmiyyət kəsb edirdi. Otla ör­tül­­­müş qum təpələri, duzlu gölməçələr və yüzlərlə şirin sulu göl çinliləri bu yerlər uğ­­runda mübarizəyə sövq edirdi.

E. ə. III əsrdə hunlarla qan qohumluğu olan Baykalətrafı tayfalar hunlara tabe ol­­­­­­­­­­­dular. Nəticədə bütün Qərbi Monqolustan və Baykalətrafı səhralar hunların nə­za­rə­­­­­­­­­tinə keçmiş oldu. E.ə. II əsrin əvvəllərində isə Çin imperiyasının şimal-qərb əya­lət­­lərində Böyük Çin səddi boyunca məskunlaşmış tayfaları darmadağın etdilər. Hə­min tayfalar qərb istiqamətində qaçdılar. Bu, Avropaya üz tutan sonrakı köçəri axın­­la­­rının ilk dalğası idi. Çin mənbələri hunların bu uğurunun 300 il ərzində baş ver­­di­yi­­ni qeyd edir.

Junlar üzərində qələbə qazanan çinlilər hunlarla qarşılaşmalı oldular. E. ə. III əsr­də hunların Çin üzərinə yürüşləri intensiv hal aldı. Bunu e. ə. III əsrin 20-ci il­­­­lə­rin­də Hun tayfa ittifaqının yaranması ilə izah etmək olar. Hun tayfa birliyi fərqli tay­fa, boy və topluluqlardan formalaşan bir konfederasiya idi.

E. ə. 226-cı ildə Çao sü­la­lə­si­­­­ni Tsin sülaləsi əvəz etdi. E. ə. 222-ci ildə Çində ha­kimiyyət uğrunda mübarizələr baş­­­ladı və bu mübarizədən Şi Xuandi qalib çıxdı. Tsin sülaləsi hakimiyyətə gəl­mə­miş­­­dən öncə junlarla sərhəddə yerləşən ərazidə hökm­­ranlıq edir, onların ərazilərini və adət-ənənələrini mənimsəyirdilər. Bu yolla Tsin knyazlığı Çinin ən böyük və qüd­rət­­li knyazlığına çevrildi. Knyazlığın qüd­rə­ti­nin artmasında mühüm rol oynayan Şan-yan adlı saray əyanı Şərqi Çin knyazlığına qar­şı uzun sürən müharibəyə başladı. E. ə. 246-cı ildə burada azyaşlı İn Çjen ha­ki­miy­yəti ələ aldı və 228-221-ci illərdə Çi­­nin xırda knyazlıqlarını birləşdirərək şərq knyaz­lıqlarının birləşməsi prosesini ba­şa çatdırdı və Tsin –Şi –Xuandi titulunu qəbul etdi. İmperator mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün bütün Çində vahid ya­zı, pul və vergi islahatı keçirdi. Ölkəni inzibati cəhətdən 36 vilayətə böldü. Siyasi sa­bitliyi bərqərar etdikdən sonra Tsin Şi-Xuandi əzəli düzməni hunlara qarşı bütün gü­cünü səfərbər etdi. E. ə. 215-ci ildə 300 minlik ordu ilə imperator İnşan və Or­dos­da yaşayan hunları məğlubiyyətə uğratdı. Nə­ticədə hunlar Ordosdan çəkildilər, am­ma mübarizəni dayandırmadılar. Hunların qə­­­fil hücumlarının qarşısını almaq üçün im­perator e. ə. 215-ci ildə Böyük Səddin çə­kilməsi əmrini verdi və bu səddin tikintisi e. ə. 212-ci ildə başa çatdı. Bu müdafiə səd­di Çini türklər yaşayan geniş Avrasiya boz­­qır­la­rın­dan ayırmalı idi. Ancaq möv­cud olan müdafiə istehkamlarını vahid bir səd­­də bir­ləş­dirmək qərara alındı. Çin səd­di 4000 km uzunluğunda 10 metr hün­dür­lü­­­yündə olmaqla, 4 atlı döyüşçünün yan-ya­na keçə biləcəyi və hər 60-100 metrdən bir gözətçi qüllələri olan möhtəşəm mü­da­fiə tikilisidir. Lakin bu sədd döyüşkən hun tay­­falarının qarşısını ala bilmədi və mü­dafiə istehkamı kimi əhəmiyyətini itirdi. Elə hə­min ildə imperator Ordosa yol çək­dirdi və bu yolu mərkəzlə birləşdirdi. Daha son­ra Ordosa əhalinin köçünü təşkil et­di və orada məskunlaşdırdı.

E. ə. III əsrin sonlarında dunxulardan asılılığı qəbul edərək töycü ödəyən hun tay­­fa başçıları xarici siyasət məsələlərində müstəqil idilər. Digər tərəfdən də Çinin güc­­lənməsi hunların mövqeyinə mənfi təsir göstərdi. E. ə. 214-cü ildə Tsin Şi-Xu­an­­di hunlarla döyüşmək üçün sərkərdə Men-Tyanın rəhbərliyi ilə 100 minlik ordunu sə­­fərbər etdi. Ordos zəbt edildi və ətrafında 44 hərbi məskən salındı. Nəticədə hunlar Or­­dosun dağlıq və düzənlik ərazilərindəki məhsuldar torpaqlarını itirdilər. Burada sür­­gün edilmiş hərbi canilərdən ibarət qarnızonlar yaradıldı. Elə həmin ildə im­pe­ra­tor Ordosa yol çəkdirdi və bu yolu mərkəzlə birləşdirdi. Daha sonra Ordosu 34 uyez­də bölən Şi-Xuandi imperiyanın mərkəzindən Ordosa əhalinin böyük bir köçünü təş­kil etdi və orada məskunlaşdırdı...

(ardı var)


MANŞET XƏBƏRLƏRİ