Bir daha Himnimiz haqqında



Kamil Şahverdi

VII Yazı

Allah bu millətə bir daha İstiqlal marşı yazdırmasın
Mehmet Akif Ersoy

Orduda şeir böyük ruh yüksəkliyi ilə qarşılanandan sonra mətbuatda dərc olunur və millətin ixtiyarına verilir. İlk dəfə 17 fevral 1921-ci ildə Ankarada çıxan "Hakimiyet-i Milliye" qəzetinin və "Sebilürreşad" dərgisinin ilk səhifələrində, daha sonra, 21 fevral 1921-ci ildə Anadolunun ən məşhur "Açıksöz" qəzetlərində şeir dərc olunur. Ordudan sonra xalqın da rəğbətini qazanan "Kahraman Ordumuza" şeiri İstiklal Marşı kimi təsdiqini tapmaq üçün 26 fevral 1921-ci ildə TBMM-nin müzakirəsinə təqdim olunur. Məclisdə müzakirə olunması üçün şeir çap olunaraq millət vəkillərinə paylanması qərara alınır. Məclis Rəisi Mustafa Kamal Paşa bu məsələni Maarif Encümenine (Maarif Komitəsinə) həvalə edir. Lakin bəzi millət vəkilləri bunun əleyhinə çıxırlar. İzmit Mebusu (Parlament üzvü-K. Ş.) Hamdi Namik Bəy hesab edir ki, yazılan əsərlər arasında Maarif Encümeni Rəisi (Maarif Komitəsinin sədri-K. Ş.) Mehmet Akif Bəyin də əsəri olduğuna görə, göndərilən şeirlərə tərəfsiz baxılması üçün özəl bir komissiya yaradılmalıdır. Şeirlər də bu komissiyada incələnməlidir. Hamdi Namik Bəyin bu təklifi qəbul edilməmiş və İstiklal Marşının seçimi Maarif Encümeninə həvalə edilmişdir.
1 mart 1921-ci ildə millət vəkili Hasan Basri Bəy İstiklal Marşı şeirinin Hamdullah Subhi Bəy tərəfindən Məclis kürsüsündən oxuması təklifi ilə çıxış etmişdir. Bunun əleyhinə çıxanlar olsa da, sonda qərara alınmışdır ki, Maarif Vəkaləti tərəfinfən Məclisə təklif olunan yeddi şeirdən birini seçərək Həmdullah Subhi Bəy kürsüdən oxusun.
Mustafa Kamal Paşanın sədrlik etdiyi həmin gün Məclis İstiklal Marşını geniş müzakirə etmişdir. Verilən təklifin səsə qoyularaq qəbul edilməsi qərara alındı. Bundan sonra Hamdullah Subhi Bəy İstiklal Marşını oxumaq üçün kürsüyə çıxmışdır. "Mehmet Akifdən şeiri yazmasını özünün istədiyini, şairin ikramiyə səbəbindən yarışmaya qatılmağı uyğun görmədiyini, ancaq görüşmələr nəticəsində Mehmet Akifi razı saldıqlarını, ələmələrdən qalan son altı şeirlə birlikdə Mehmet Akifin şeirini Məclisin seçiminə təqdim etdiklərini söyləmiş və ardından, İstiklal Marşını kürsüdən oxumuşdur." (Hüsnü Özlü. "İstiklal Marşının Yazılışı ve Kabulü". www.ataturkansiklopedisi.gov.tr/detay/697/


Qurtuluş savaşı Qərb cəbhəsi

TBMM-nin 1 mart 1921-ci il tarixli iclasının stenoqramında İstiklal Marşının kürsüdən oxunduğu zaman millət vəkillərinin hər bənddən sonra alqışlarla münasibət bildirmələri qeyd olunur. Həmin stenoqramı olduğu kimi təqdim edirəm:

İstiklal marşı

1
Korkma, sönmez bu şafaklarda yüzen al sancak;
(Şiddetli alkışlar)
Sönmeden yurdumun üstünde tüten en son ocak.
O benim milletimin yıldızıdır, parlayacak;
O benimdir, o benim milletimindir ancak.

2
Çatma, kurban olayım, çehreni ey nazlı hilal!
Kahraman ırkıma bir gül! Ne bu şiddet, bu celal?
Sana olmaz dökülen kanlarımız sonra helal...
Hakkıdır, Hakk'a tapan, milletimin istiklal!
(Alkışlar)

3
Ben ezelden beridir hür yaşadım, hür yaşarım.
Hangi çılgın bana zincir vuracakmış? Şaşarım!
Kükremiş sel gibiyim, bendimi çiğner, aşarım.
Yırtarım dağları, enginlere sığmam, taşarım.

4
Garbın afakını sarmışsa çelik zırhlı duvar,
Benim iman dolu göğsüm gibi serhaddim var.
Ulusun, korkma! Nasıl böyle bir imanı boğar,
"Medeniyet!" dediğin tek dişi kalmış canavar?

5
Arkadaş! Yurduma alçakları uğratma sakın.
Siper et gövdeni, dursun bu hayasızca akın.
Doğacaktır sana va'dettiği günler Hakk'ın...
Kim bilir, belki yarın, belki yarından da yakın.
(Alkışlar)

6
Bastığın yerleri "toprak!" diyerek geçme, tanı:
Düşün altındaki binlerce kefensiz yatanı.
Sen şehit oğlusun, incitme, yazıktır, atanı:
Verme, dünyaları alsan da, bu cennet vatanı.
(Alkışlar)

7
Kim bu cennet vatanın uğruna olmaz ki feda?(Alkışlar)
Şuheda fışkıracak toprağı sıksan, şuheda!
Canı, cananı, bütün varımı alsın da hüda,
Etmesin tek vatanımdan beni dünyada cüda.
(İnşaallah sadaları)

8
Ruhumun senden, ilahi, şudur ancak emeli:
Değmesin mabedimin göğsüne namahrem eli.
Bu ezanlar ki şehadetleri dinin temeli,
Ebedi yurdumun üstünde benim inlemeli.

9
O zaman vecd ile bin secde eder varsa taşım,
Her cerihamdan, ilahi, boşanıp kanlı yaşım,
Fışkırır ruh-i mücerret gibi yerden na'şım;
O zaman yükselerek arşa değer belki başım.
(Alkışlar)

10
Dalgalan sen de şafaklar gibi ey şanlı hilal!
Olsun artık dökülen kanlarımın hepsi helal.
Ebediyen sana yok, ırkıma yok izmihlal:
Hakkıdır, hür yaşamış, bayrağımın hürriyet;
Hakkıdır, Hakk'a tapan, milletimin istiklal!
Sürekli alkışlar)
(www.tbmm.gov.tr/tarihce/istiklalmarsi_c9_ic1.pdf)

Mehmet Akifin Qəhrəman Orduya yazdığı şeir on iki gün sonra, 12 mart 1921-ci ildə Məclisdə baş tutmuş geniş müzakirələrdən sonra səs coxluğu ilə İstiklal Marşı kimi qəbul edilmişdir.
Qazi Mustafa Kamal Paşa Məclisdə marşı ən ön sırada və ayaq üstdə alqışlayaraq dinləmiş və marşın qəbulundan sonra, İstiklal Marşının önəmini bu sözlərlə açıklamışdır:
"Bu marş, bizim inqilabımızım ruhunu anladır... İstiklal Marşında davamızı anlatmaq baxımından böyük mənası olan misralar vardır. Ən bəyəndiyim yeri bu misralardır: 'Hakkıdır hür yaşamış bayrağımın hürriyet, hakkıdır Hakka tapan milletimin istiklal.' Mənim bu millətdən əsla unutmamasını istədiyim misralar işte bunlardır... Bu deməkdir ki, əfəndilər Türkün hürriyətinə toxunulmaz!"
(Hüsnü Özlü. "İstiklal Marşının Yazılışı ve Kabulü". www.ataturkansiklopedisi.gov.tr/detay/697/)

*. *. *. *. *

BU MARŞ MİLLƏTİN MALIDIR.
Mehmet Akif Ersoy.

Mehmet Kurtoğlu "Teceddin Dergahında İstiklal Şairi Mehmet Akif" kitabında qeyd edir:
"İstiklal Marşı 1 Mart 1921 də Məclis kürsüsündən oxunurkər böyük bir alqış tufanı qopmuş. 12 Martda rəsmən qəbul edilmiş, qəzetlərdə yayınlanmış, kartostallar və lövhəkər üzərində çap olunaraq bütün yurda paylanılmışdır. İlk dəfə Şebilürreşad dərgisində yayınlanmışdır. Akif, "bu marş millətin malıdır" deyərək onu safahatına (qeydlərinə-K. Ş.) almamışdır. (Mehmet Kurtoğlu. Taceddin Dergahında İstiklal Şairi Mehmet Akif. səh. 32. Ankara-2016.)
İstiklal Marşı Məclisdə qəbul edildikdən sonra 21 mart 1921-ci il tarixli sayında rəsmi dövlət orqanı olan "Ceride-i Resmiye Gazetesi"nin ilk səhifəsində çərçivə içində çap olunmuşdur.
Mehmet Akifin şeiri rəsmən İstiklal Marşı kimi qəbul edildikdən və mətbuatda dərc ediıdikdən sonra bir çox bəstəkarlar müsabiqə elanını gözləmədən marşın musiqisini yazırlar. 1 noyabr 1921-ci ildə Maarif Vəkaləti İstanbulda bəstə yarışması keçirilməsi üçün bir heyətin yaradılması haqqında Məclisdə məsələ qalsırır. Lakin Məclis daha vacib müzakirəlırin olduğu səbəbindən bu təklifi qəbul etmir. Çünki, Anadoluda qızğın savaş getdiyi üçün bəstə yarışması aktuallığını itirmişdi. Ona görə də Maarif Vəkalətinə təqdim olunan 24 bəstədən seçim edilməmişdi.
"Bəstə yarışması isə güfte kadar ilgi görmedi. Bu da məmləkətin o zamankı musqi durumunu əks etdirməkdədir.
Bəstə yarışmasına ancaq 24 bəstəçi qatılmışdı. Onlardan bəziləri bunlardır:
Ahmet Cemalettin, Çinkılıç, Ahmet Yekta Madran, Ali Rifat Çağatay, Asım Bəy, Bedri Zabac, Hasan Basri Çantay, H. Saadettin Arel, İsmail Hakkı Bəy, İsmail Zühtü, Kazım Üz, Lemi Atlı, Mehmet Baha Pars, Mustafa Sunar, Rauf Yekta, Saadettin Kaynak, Zati Arca, Zeki Üngör."
(İşte İstiklal Marşının İlk bestesi. www.sabah.com.tr/kultur_sanat/2012/03/12/iste-istiklal-marsinin-ilk-bestesi)

(ardı var)


MANŞET XƏBƏRLƏRİ