Şimali Kiprin Girnə şəhəri yaxınlığında baş verən gəmi faciəsi ilə bağlı məhkəməyə çıxarılan 14 şübhəlidən 9-u barəsində 3 günlük həbs qətimkan tədbiri seçilib.
Turkustan.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, barələrində həbs elan olunan şəxslər arasında Azərbaycan vətəndaşları Valeh Hümmətov və Rəşad İbrahimovun da olduğu bildirilir.
Xatırladaq ki, “Filo Jet” adlı sərnişin gəmisi Girnə limanından Taşucu istiqamətində hərəkət etdikdən qısa müddət sonra su alaraq batdığı bildirilir. Gəmidə 267 nəfərin olduğu, 241 nəfərin xilas edildiyi, 8 nəfərin öldüyü və 18 nəfərin itkin düşdüyü açıqlanıb.
Məhkəmədə gəminin texniki vəziyyəti, kapitan və ekipajın hərəkətləri, eləcə də sərnişinlərin təxliyəsi ilə bağlı iddialar araşdırılıb. Səlahiyyətlilər qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün istintaqın davam etdiyini bildiriblər. Hadisə ilə əlaqədar Şimali Kiprdə 3 günlük matəm elan edilib.
İstintaqın nəticəsində qəzanın texniki nasazlıq, səhlənkarlıq və ya digər səbəbdən baş verib-vermədiyi müəyyənləşdiriləcək./modern.az