Finlandiya Prezidenti Aleksandr Stubb Çinin özəl danışıqlarda Rusiyanın Ukraynaya qarşı müharibədə nüvə silahından istifadəsinə imkan verməyəcəyinə dair zəmanət verdiyini bildirib.
Turkustan.az xəbər verir ki, Stubb bu barədə “Politico”ya müsahibəsində danışıb.
Rusiyanın müharibədə nüvə silahından istifadə etməsi ehtimalını şərh edən Stubb Pekinin Ukraynadakı müharibənin eskalasiyasının qarşısını almağa çalışdığını bildirib.
“Bu yay Çin xarici işlər nazirini yanıma gətirdim və bu məsələni qaldırdım. O dedi: ‘Biz buna heç vaxt icazə verməyəcəyik’. Düşünürəm ki, bu, kifayət qədər təsirli bir çəkindirici amildir”, - deyə, Stubb bildirib.
Aytən Yaşar/ Turkustan.az