Səfəvilərdən Qızılbaşlara


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

Şah İsmayıl Xətai tərəfindən Qızılbaş dövlətinin yaradılması
II Yazı

I Şah İsmayıl mərkəzləşdirilmiş Qızılbaş dövlətini yaradılması üçün güclü siyasi və hərbi islshatlar həyata keçirmişdir.
Qızılbaş –Şeybani müharibəsi
1510-cu ilin noyabrında birləşmiş Qızılbaş ordusu şimal-şərq sərhədləri istiqamətində əməliyyatlara başladı.1510-cu ildə Şeybani xan artıq Heratda idi.Şeybani xanın həzaralarla olan döyüşlərdə uğursuz olmasından xəbər tutan Şah İsmayıl, Qərbi Xorasanı ələ keçirərək, sürətlə Herata doğru hücuma keçdi.Uğurlu hərbi əməliyyatlardan sonra Qızılbaşlar Xorasanın Məşhəd,Nişapur, Tus və Səbzəvar kimi önəmli şəhərlərini Şeybanilərdən azad etdilər.Bu yürüşlərin başlanğıcında Şeybani xan Məşhəddən 300 km uzaqlıqda yerləşən Herat şəhərində idi və əlində olan ordu o qədər də güclü deyildi.Onun ordusunun əsas hissəsi şimalda yerləşən Məvaraünnəhrdə Amudərya çayı boyunca yerləşdirilmişdi və Kazax xanlığına qarşı olan yürüşlərini davam etdirirdilər.
Mümkün məğlubiyyət ehtimallarını öz yaxınları və nazirləri ilə müzakirə edən Şeybani xan,Mərv şəhərində qalmağı və qala divarlarının da yardımı ilə özünü müdadiə etmək qərarına gəldi.Bu zaman müddətində Qızılbaş ordusu ətraf bölgələri sürətlə ələ keçirməkdə idi və Mərvə getdikcə daha da yaxınlaşırdı.
Astrabad,ardınca da Seraxs Qızılbaşlar tərəfindən ələ keçirildi. Xorasandakı bütün özbək əmirləri Mərvə öz hökmdarlarının yanına gəldilər.Şeybani xan öz vassalı olan Buxara hakimi Übeydulla xan,Səmərqənd hakimi olan Məhəmməd Teymur Sultana müraciət edərək hərbi yardım göndərmələrini əmr etdi.
Bu zaman artıq Qızılbaş ordusu Mərvə çatmış və şəhəri mühasirəyə almışdı.Mərv uğurla müdafiə olunurdu və yaxın zamanda Buxaradan,Səmərqəddən yardım gələcəyinə Şeybani xan ümid edirdi.Həmçinin mühasirəyə alan ordu da şəhəri ələ keçirə bilmirdi.
Qaynaqlara görə,Məhəmməd Şeybani xanın arvadlarından biri olan Ayşə Sultan Xanım və digər adı ilə Teymuri şahzadəsi olan xanımın özbək cəmiyyətində böyük nüfuzu var idi.Qaynaq bildirir ki,savaş meydanından geri çəkilən Qızılbaş ordusuna hücum edib etməməyi müzakirə edərkən,özbək əmirləri hücum etməməyi,Buxara və Səmərqənddən gələn köməkçi qüvvələrin çatması ümün 2-3 gün gözləməyi təklif etdilər.Bu zaman söz alan Teymuri şahzadəsi Baburun bacısı olan xanım, “və özbək olan siz qorxursunuz! Əgər siz qorxursunuzsa,mən özüm ordunu götürəcəm və onları izləyəcəm.İndi ən doğru andır,birdə bunun kimi imkan olmayacaqdır.İndi ən doğru andır, birdə bunun kimi imkan olmayacaqdır deyir.”Teymuri xanımın bu sözlərindən sonra hamı utanır və Qızılbaş ordusunu izləmə qərarı verilir.Bu qərar nəticəsində Şeybani xan canını itirdi.
1510-cu ilin dekabrlnda Məhəmməd Şeybani xan əlavə qüvvələrin gəlib çatmasını gözləmədən,Şah İsmayılın tələsinə düşərək şəhəri tərk etdi və İsmayılın ordusunu izləməyə başladı. İzləmə prosesi davam edərkən Şeybani xan,Şah İsmayılın ustalıqla onun üçün qurduğu tələyə düşdü.Mərv yaxınlığındakı Mahmudabad kəndində baş vermiş döyüşdə Şeybani xan daxil olmaqla,özbək aristokratiyasının xeyli hissəsi həyatını itirdi.Şah İsmayılın Şeybani xanı şəhərdən uzaqlaşdırmaq üçün qurduğu plan uğurlu oldu.
Şah İsmayılın sərkərdəsi Əmir xan Mosulluya bir dəstə ilə yanında durmağı və Şeybani xan qaladan çıxanda “qaçmağa iz qoymağı” tapşırdı.Şeybani xan İsmayılın Azərbaycana qayıtdığını zənn edərək Mərvdən çıxdı və Əmir xanın dəstəsini təqib etməyə başladı.Beləliklə nisbətən kiçik qüvvəyə malik Şeybani xan Şah İsmayılın əsas qoşunu ilə 1510-cu il dekabrın 2-də döyüşməyə məcbur oldu.Nəticədə özbək qoşunu darmadağın edildi.Şeybani xan isə həlak oldu.Səlnaməçinin verdiyi xəbərə görə,bu qanlı döyüşdə özbəklərin itkisi 10 minə çatdı.
Qızılbaş- Şeybani savaşı 1510-cu ildən etibarən Şeybani xanlığı və Qızılbaş dövləti arasında baş vermiş və Qızılbaşların qalibiyyəti ilə nəticələnmiş savaşdı.Müharibə zamanı Şeybani ordusuna Məhəmmnmürzaəd Şeybani,Qızılbaş ordusuna Şah İsmayıl Xətai rəhbərlik edirdi.Qızılbaş dövləti bu savaşdan qalib çıxmış, Məhəmməd Şeybani isə Mərv döyüşündə həlak olmuşdu.
Mərv döyüşü 2 dekabr 1510-cu ildə baş vermiş və Qızılbaş dövlətinin Şeybani xan üzərində həlledici qələbəsi ilə tamamlanmış döyüşdü.
Şeybani xanın qızıl qədəh olan kəlləsi
Məhəmməd Şeybani xanın kəllə sümüyündən başından şərab qədəhinin düzəldilməsi 1510-cu ildə Mərv döyüşündən sonra baş vermişdir.Tarixi mənbələrə görə,özbək xanı Məhəmməd Şeybani 1510-cu ildə Mərv savaşında Şah İsmayıl Xətainin qoşunları tərəfindən məğlub edilərək öldürülmüşdür.Şah İsmayılın əmri ilə onun kəllə süemüyünə qızıl çəkdirilərək qədəh düzəldilmiş və Qızıl çəkilmiş qədəh baş şərab məclislərində şah tərəfindən istifadə olunmuşdu.
Qızılbaş Osmanlı münasibətləri
Sultan I Səlimin Osmanlı taxt-tacına gəlməsi ilə Qızılbaş-Osmanlı münasibətləri düşmənçilik xarekteri aldı.I Sultan Səlim ələvi təriqətinin tərəfdarı olan Kiçik Asiya ələvi türkmanlarını kütləvi şəkildə amansızlıqla qırdı və arxadan təhlükəsizliyi təmin etdi (tam olmayan məlumata görə,40 minə qədər adam öldürülmüşdü).Yürüşə başlayan Osmanlı ordusu say etibarı ilə Şah İsmayılın ordusundan çox idi.Buna görə də Şah İsmayıl ilk mərhələdə Osmanlı ordusu ilə açıq döyüşdən çəkindi.Onun göstərişi ilə qızılbaş sərkərdələri geri çəkildilər,əhalini köçürdülər,ərzaq və yem ehtiyatlarını məhv etdilər,su mənbələri yararsız hala salındılar.Şah İsmayıl “yandırılmış torpaq” taktikası ilə Osmanlı odusunu viran qalmlş əraziyə cəlb etməyə,onları qarşıdakı qışda çətin vəziyyətə salmağa çalışırdı.Lakin bu taktika özünü qismən doğruldurdu.I Sultan Səlim Osmanlı əsgərlərini şərqə doğru hərəkətə məcbur etmək üçün kütləvi edamlardan çəkinmirdi. Əsas döyüş 1514-cü il avqustun 23-də Maku şəhəri yaxınlığındakı Çaldıran düzündə baş verdi.Osmanlı və Qızılbaş mənbələri qərəzli şəkildə öz qüvvələrini azaltmışdır.İdris Bidlisinin verdiyi ən dolğun məlumata görə,Osmanlı ordusunda 100 min,Qızılbaşlarda isə 40 min nəfər döyüşçü olmuşdur.Sultan Səlim yalnız ordusunun sayına görə deyil,həm də Avropa tipli hərbi təşkilatı ilə də Şah İsmayıldan üstün idi,osmanlıların sərəncamında qızılbaşlarda olmayan böyük topxana var idi.Yeniçerilərin və topların qarşısında Şah İsmayılın əsas qüvvəsini təşkil edən qızılbaş süvariləri aciz qaldılar.Məhz bu amil döyüşü Sultan Səlimin xeyrinə həll etdi.Səlnaməçilərin xəbər verdiyinə görə,bu döyüşdə Şah İsmayıl və qızılbaşlar böyük hünər və qəhrəmanlıq nümunələri göstərdilər.Döyüşün qızğın çağında Şah İsmayıl Osmanlı ordusunda özünün bahadır gücü və igidliyi ilə məşhur olan Əli bəy Malqucoğlu ilə üz-üzə gəldi.Şah İsmayıl qılıncla onun başına elə bir zərbə endirdi ki , “baş dəbilqə ilə birlikdə iki hissəyə parçalandı,şahın qılıncı isə onun sinəsini dəldi”.Savaşın ən faciəli anında,top mərmiləri Şah İsmayılın döyüşçülərini məhv etdiyi bir vaxtda bəzi qızılbaş sərkərdələri meydanı özbaşına tərk etdilər.Lakin Şah İsmayıl geri çəkilmədi və döyüşçülərini topların üzərinə apardı.O,qəlıncı ilə bir-birinə zincirlənmiş toplar arasından özünə yol açdı,lakin dəvələrin və qatırların “divarı” qarşısında dayanmağa məcbur oldu.Çaldıran savaşında tərəflərin itkiləri haqqında məlumatlar ziddiyyətlidir.Səlnaməçi Bicənin məlumatına görə,savaşda 3 min Osmanlı əsgəri və 2 min Qızılbaş öldürülmüşdür, bu şübhəsiz azaldılmış rəqəmlərdir.Qızılbaşlar özlərinin bir sıra istedadlı sərkərdələri-Məhəmməd bəy Ustaclını,Hüseyn bəy Lələni,Xadim bəy Xülafəni, Sarı Pirə Ustaclını itirdilər.Osmanlılar sərkərdələrindən Rumeli bəylərbəyi Hasan Paşanı,Üveys bəy Malquçoğlunu,Süleyman bəyi və başqaları həlak oldular.Sultan Səlimin əmri ilə əsir düşmüş qızılbaşlar qətl edildilər.Sultan Səlim geri dönərkən,bir neçə min Təbriz sənətkarını ailəliklə əsir alıb özü ilə İstanbula apardı.Çaldıran məğlubiyyəti Şah İsmayıl Xətainin hərbi –siyasi nüfuzuna ciddi zərbə vurdu.
Şah İsmayıl Xətainin qurduğu dövlət qısa zamanda böyük bir imperatorluğa çevrilmişdi. XVI əsrin başlanğıcında onun torpaqlarının ümumi sahəsi 3,3milyon kvadrat kilometr idi.Bu günki İran ərazisi,İraq, Gürcüstan,Ermənistan, Şimali Azərbaycan, Dağıstan, Türkmənistan, Şərqi Ərəbistan əraziləri,Şərqi Anadoluda bugünki Türkiyənin on iki vilayəti Qızılbaş dövlətinin sərhədləri içində idi.
Ardı var


MANŞET XƏBƏRLƏRİ