Ukrayna ordusunun 2 avqustda Rusiyaya dron hücumu ilin əvvəlindən bəri ən kütləvi hücumlardan biri olub.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
“Gecə ərzində Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Lipetsk, Orel, Rostov, Ryazan, Saratov, Tambov, Tula, Moskva vilayətləri, Krım və Krasnodar diyarı üzərində 635 dron vurulub.
Ukraynanın Rusiya bölgələrinə böyük dron hücumu 24 iyulda baş verib. Həmin gün hava hücumundan müdafiə sistemləri 571 Ukrayna dronunu vurmuşdu. İlin əvvəlindən bəri ən böyük hücum isə 26 iyunda baş verib və 660 PUA vurulub. Digər böyük hücum isə 18 iyunda dəf edilib. Həmin gün hava hücumundan müdafiə sistemləri Rusiya bölgələri üzərində 555 PUA vurub və ya ələ keçirib. 17 mayda isə Rusiya bölgələri üzərində 556 PUA vurulmuşdu”, - məlumatda qeyd olunub./axar.az