ABŞ-ın Respublikaçı senatoru Ted Kruz ABŞ administrasiyasını İrandakı etirazçıların silahlandırılmasını dəstəkləməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Kruz “NBC News”a müsahibəsində ABŞ-ın İran siyasəti ilə bağlı fikirlərini açıqlayıb. O, Vaşinqtonun uzunmüddətli məqsədinin İranda rejim dəyişikliyinə nail olmaq olduğunu bildirib və Prezident Donald Trampı “İran xalqının hökuməti devirməsinə” kömək etmək məqsədilə etirazçıların silahlandırılmasına çağırıb.
Senator İranın hərbi imkanlarının zəiflədilməsini ABŞ-ın əsas məqsədi, rejimin dəyişdirilməsini isə ikinci dərəcəli hədəf kimi xarakterizə edib.
Kruz müsahibəsində Venesuela məsələsinə də toxunub. O, ölkədə azad və ədalətli seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb və ABŞ administrasiyasının bu istiqamətdə çalışdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az