CNN-in məlumatına görə, ABŞ-ın İranla müharibə fonunda sursat ehtiyatlarının azalması barədə xəbərlər Tehranı daha cəsarətli addımlar atmağa sövq edə bilər.
Turkustan.az xəbər verir ki, Amerika mətbuatında yayımlanan təhlildə bildirilir ki, ABŞ ordusunun sursat ehtiyatlarının tükənməyə yaxınlaşması barədə məlumatlar Vaşinqtonu İran qarşısında daha həssas vəziyyətə sala və Tehranın mövqeyini sərtləşdirməsinə səbəb ola bilər.
CNN-in təhlükəsizlik üzrə analitiki Aleks Plitsasın sözlərinə görə, ABŞ-ın İranla qarşıdurma zamanı əsas raketdən müdafiə sistemlərindən birində istifadə olunan raketlərin təxminən 80 faizini tükətdiyinə dair məlumatlar ölkənin İran qarşısındakı potensial zəifliyinə işarə edə bilər.
Atlantik Şurasında Terrorla Mübarizə üzrə direktor vəzifəsini icra edən Plitsas sözügedən məlumatların yayılmasını “siyasi motivli sızma” kimi qiymətləndirib.
Onun sözlərinə görə, bu cür məlumatların açıqlanması ABŞ-ı “hazırda çox təhlükəli vəziyyətə” sala bilər.
AYtən Yaşar/ Turkustan.az