Türkiyə S-400-ləri bu ölkəyə sata bilər


Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin üçüncü ölkəyə göndərilə biləcəyi ilə bağlı iddialara yenisi əlavə olunub.

Turkustan.az xəbər verir ki, bu barədə İsrailin “Natziv Net” portalı məlumat yayıb.

Məlumata görə, Misir Türkiyənin inventarında olan S-400-ləri almaq imkanını nəzərdən keçirir. Qeyd olunub ki, hazırda S-300VM hava hücumundan müdafiə sistemlərinə malik olan Misir ordusu Rusiya istehsalı Tor-M1 və Buk-M2 sistemlərindən də istifadə edir.

Qahirə silah təchizatı mənbələrini şaxələndirmək strategiyası çərçivəsində Türkiyədəki S-400 sistemləri ilə maraqlana bilər.

Belə bir satış ehtimalının İsraildə narahatlıqla qarşılandığı da bildirilib. Türkiyənin S-400-ləri satmaq niyyətinin əsas səbəblərindən birinin isə Ankaranın ABŞ-nin F-35 proqramına qayıtmaq üçün qarşısındakı əsas maneələrdən birini aradan qaldırmaq istəyi olduğu deyilib.

Hazırda Misirin Türkiyədən S-400-ləri almaq barədə yekun razılaşma imzaladığına dair rəsmi təsdiq yoxdur.

Xatırladaq ki, bundan əvvəl mediada S-400 sistemlərinin Birləşmiş Ərəb Əmirliklərinə satıla biləcəyi barədə məlumat yayılmışdı./teleqraf


MANŞET XƏBƏRLƏRİ