16 oktyabr 1976- cı ildə Quba rayonunun Utuq kəndində anadan olur...
Orta təhsilini kənd orta məktəbində alır...
1991 / 1994-cü illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə;
1994 / 1998-ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alır...
1998-ci ildən Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edir...
2014-cü ildə Ağdam rayonunda Ermənistan siıahlı qüvvələrinin hücumunun qarşısının alınması zamanı yaralanır...
1998 / 2015-ci illərdə müxtəlif hərbi hissələrdə;
-Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin baş müəllimi;
2019-cu ildə ön cəbhədə müdafiə məqsədli əməliyyatlarda N saylı hərbi hissənin qərərgah rəisi;
2021 / 2024-cü illərdə Heydər Əliyev adına Hərbi İnstitutun rəisi müavini;
2024-cü ildən Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra edib.
Hazırda Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin rəisidir.
Vətən müharibəsində rəhbərlik etdiyi hərbi hissənin şəxsi heyəti ilə birgə Lələtəpə istiqamətindən döyüşlərə başlayan, Füzulinin, Cəbrayılın yaşayış məntəqələrinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin, Tuğ, Domu kəndlərinin və bəzi yüksəkliklərin işğaldan azad olunmasında xüsusi şücaət göstərən, mərdlik və cəsarətlə döyüşən, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Heydər Əliyev adına Hərbi institutun rektoru, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov!
Qəhrəmanımız vətən qarşısındakı xidmətlərinə görə "Azərbaycan Ordusunun 100 illiyi",
"Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalları, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli, "Qüsursuz xidmətə görə görə" 1-ci dərəcəli medallar, həmçinin Vətən Müharibəsi Qəhrəmanı medalı ilə təltif edilib.
Qəhrəmanımız Vətən müharibəsi ilə bağlı xatirələrində deyir:"Biz döyüşlərdə düşmənin 30 il ərzində qurduğu güclü istehkam xəttini yarır, əks hücumla irəliləyir və Ermənistan ordusunun hərbi birləşmələrini darmadağın edir, döyüş texnikasını və canlı qüvvəsini məhv edirdik. İrəlilədikcə, qələbələr əldə etdikcə, dizlərimizə taqət, qollarımıza güc gəlirdi. Bir yandan şəhid olan döyüş yoldaşlarımızın, düşmənin xalqımızın başına gətirdiyi müsibətlərin intiqamını almaq arzusu, bir yandan da addım-addım qazanılan qələbələr yorğunluğumuzu, çətinlikləri unutdururdu. Şuşa sanki bizi səsləyirdi. Qarabağın incisi olan həmin şəhəri mütləq əsarətdən xilas etməli idik. Amalımız bir idi: yalnız irəli getmək və müharibədən qalib ayrılmaq. Müharibənin sonuncu gününədək vuruşduq, Şuşa ətrafındakı döyüşlərdə iştirak etdik. Komandiri olduğum birləşmə çətin döyüşlərdən də qalib ayrılır, düşmənə sarsıdıcı zərbələr vururdu. Əsgərindən tutmuş peşəkar zabitinə kimi hər kəs düşmənin qəniminə çevrilmişdi. Döyüşlər boyu xalqın dəstəyini hiss edir, ruhlanırdıq. Erməni terrorçularının mülki vətəndaşları hədəf almaları isə nifrətdən doğulan intiqam hissimizi daha da alovlandırırdı. Qaniçən düşmənə döyüş meydanında dəfələrlə ağır zərbələr endirirdik. Döyüşlər çox gərgin keçdi, lakin haqq ədalət qələbə bazandı. 30 ildən sonra biz ədaləti xalqın gücü, Muzıffər Ali Baş Komandanın qətiyyəti, iradəsi qəhrəman Azərbaycan əsgər və zabitlərimizin canı, qanı bahasına təmin etdik. İşğal atındakı, o cümlədən, mədəniyyətimizin beşiyi olan Şuşamızı düşmən tapdağından xilas etdik."
Nizami Mövlanovun həyat yolu Azərbaycan zabitinin vətənpərvərliyinin, peşəkarlığının və fədakarlığının parlaq nümunəsidir. Onun keçdiyi şərəfli döyüş yolu, qazandığı uğurlar və dövlətə sədaqətlə xidməti gələcək nəsillər üçün örnəkdir. Onun adı Azərbaycanın hərb tarixində şərəf və qəhrəmanlıq nümunəsi kimi yaşayacaqdır.
Qəhrəmanımızın hazırda Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin rəisi olaraq Azərbaycan üçün layiqli hərbi kadrların, savadlı, vətənpərvər zabitlərin yetişməsində də müstəsna xidməti var. Bu yolda qəhrəmanımıza uğurlar arzulayır, yeni nailiyyətlər qazanmasını diləyirəm!
Biz sizinlə fəxr edirik cənab polkovnik!
Sevinc Bəhmənli



