Rusiya ordusunun Ukraynanın Zaporojye şəhərinə dronlarla hücumu nəticəsində 6 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram” kanalında məlumat verib.
Fedorov bildirib ki, Rusiya qüvvələri regional mərkəzə dronlarla hücum edib və nəticədə 6 nəfər yaralanıb.
Yaralılara tibbi yardım göstərildiyi qeyd olunub.
Fedorov bundan əvvəl Zaporojye şəhərində dron hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
Aytən Yaşar/ Turkustan.az