Autizmli uşağı döyən psixoloqla bağlı rəsmi açıqlama


Şirvanda autizmli uşağa şiddət göstərən psixoloqla bağlı görüntülər yayılıb.

Globalinfo.az xəbər verir ki, psixoloq Ceyran Muradova autizmli uşağa qarşı şiddət göstərib, həmin görüntüləri isə səhvən valideynə göndərib.

Lent.az-ın sorğusuna DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır. Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.

Həmçinin psixoloqla bağlı MÜTDA-ya da sorğu ünvanladıq.

Bildirildi ki, psixoloq MÜTDA-nın tabeliyindəki müəssisələrdə çalışmır.


MANŞET XƏBƏRLƏRİ