ABŞ vitse-prezidenti JD Vens ölkə ordusundakı sursat ehtiyatlarının azalmasına görə keçmiş prezident Co Bayden administrasiyasını tənqid edib.
Turkustan.az xəbər verir ki, Vens Miçiqana səfəri öncəsi jurnalistlərə açıqlamasında ABŞ ordusunun İranla davam edən qarşıdurma fonunda sursat çatışmazlığı yaşadığı barədə xəbərləri şərh edib.
O, ABŞ-ın hazırda “çox güclü mövqedə” olduğunu bildirib. Bununla belə, Vens Bayden administrasiyası dövründə orduya kifayət qədər maliyyə və resurs ayrılmadığını iddia edib.
“Bayden administrasiyası dövründə orduya kifayət qədər maliyyə və resurs ayrılmadığını gördük. Biz bunu hər gün düzəldirik. Bu, bizim üçün narahatlıq doğurur”, - deyə Vens bildirib.
Vens qeyd edib ki, Donald Tramp administrasiyası ordunun resurs təminatındakı problemləri aradan qaldırmağa çalışır. ABŞ-ın sursat ehtiyatlarının İranla müharibə fonunda tükənməsi ilə bağlı narahatlıqlar son günlərdə də gündəmdədir.
Aytən Yaşar/ Turkustan.az