Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerlə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib.
Zelenski danışığın ətraflı və konstruktiv keçdiyini bildirib. Tərəflər ABŞ və Ukraynanın danışıqlar qrupları arasında koordinasiyanın davam etdirilməsi və sülhə nail olmaq üçün mümkün həll yollarının hazırlanması məsələlərini müzakirə ediblər.
Ukrayna Prezidenti amerikalı nümayəndələrin Ukraynaya səfərinin tarixinin müəyyənləşdirilməsi barədə də danışıldığını qeyd edib. Onun sözlərinə görə, belə bir səfər sülh üçün həll yollarının hazırlanmasına töhfə verə bilər.
Danışıq zamanı Zelenski ABŞ tərəfini cəbhədəki vəziyyət, Rusiyanın əldə etdiyi ərazilərin məhdud olması və bu irəliləyişlərin böyük itkilər hesabına baş verməsi, həmçinin Rusiyanın hava hücumları barədə məlumatlandırıb.
Aytən Yaşar/ Turkustan.az