ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılaşmaq istədiyini iddia edib.
Turkustan.az xəbər verir ki, o, “Onlar bizim onlara hücum etməyimizi istəmirlər” deyib.
“Punchbowl News”a açıqlama verən Tramp dünya və ABŞ gündəminə dair müxtəlif məsələlər barədə fikirlərini bölüşüb.
Benzin qiymətlərinin yenidən artıb-artmayacağı ilə bağlı suala cavab verən Tramp qiymətlərin yalnız İrana qarşı yeni hücumların baş verəcəyi təqdirdə yüksələ biləcəyini bildirib. O, belə bir ssenarinin baş verməyəcəyi halda yanacağın ucuzlaşacağını gözlədiyini deyib.
Tramp İranın yeni hücumla üzləşmək istəmədiyini və buna görə də ABŞ-la razılaşmağa hazır olduğunu iddia edib.
“İran bizimlə razılaşmaq istəyir. Onlar bizim onlara hücum etməyimizi istəmirlər”, – deyə Tramp bildirib.
Çinlə rəqabətə də toxunan ABŞ Prezidenti Vaşinqtonun Pekinin ABŞ-ı geridə qoymasına imkan verməyəcəyini vurğulayıb: “Çinin bizi üstələməsinə icazə verə bilmərik”.
Aytən Yaşar/ Turkustan.az