Tramp: İran ölü bir ölkədir


ABŞ prezidenti Donald Tramp İranın İordaniyada ABŞ qüvvələrinin istifadə etdiyi hərbi bazalara ballistik raketlərlə hücumuna cavab veriləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Fox News” müxbiri Trey Yingstin verdiyi müsahibədə danışıb. İranın ABŞ-ın Hörmüz boğazı yaxınlığındakı Lark adasına endirdiyi zərbələrdən sonra İordaniyadakı ABŞ bazalarını hədəfə aldığı bildirilir.

Tramp İranın hücumuna cavab olaraq “Biz onlara sərt zərbə vuracağıq. Cavab verəcəyik” deyib.

ABŞ prezidenti həmçinin ABŞ-ın hava hücumundan müdafiə sistemlərinin İranın atdığı ballistik raketlərin böyük əksəriyyətini ələ keçirdiyini bildirib. Onun sözlərinə görə, ələ keçirilməyən raketin kritik əraziyə zərər vurmayacağı qiymətləndirildiyi üçün müdaxilə edilməyib.

Tramp sosial media paylaşımında İranı da sərt ifadələrlə tənqid edərək, “İran ölü bir ölkədir” deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ