Bir daha Himnimiz haqqında


Kamil Şahverdi

VI Yazı


XIX əsrin 60-cı illərindən bu günə qədər Ukrayna xalqının mübarizə simvolu olan "Şe ne vmerla Ukraina" əsəri haqqında toplanmış maraqlı məlumatları diqqətinizə təqdim edirəm:
"Bu gün Ukraynanın rəsmi dövlət himni olan "Şe ne vmerla Ulraina" 1862-ci ildə ukyaynalı etnoqraf, folklorçu və şair Pavel Çubinski tərəfindən yazılıb. XIX əsrin ortalarında Çubinski rus, ukraynalı, polyak və serb tələbələrinin görüşlərini təşkil edərdi. 1862-ci ilin payızında belə görüşlərin birində Çubinski "Şe ne vmerla Ukraina" şeirini yazır. Bu şeir qısa zamanda "ukraynafil dərnəklərində", mərkəzi və qərbi Ukraynada populyarlıq qazanır, daha sonra Ukraynanın milli və sonda dövlət himni olur.
İlk dəfə Çubinskinin bu şeiri 1863-cü ildə Lvovda "Meta" (Hədəf-K. Ş.) jurnalınnın 4-cü sayında nəşr olunur. Şeir o dövrün ruhani xadimlərinin də diqqətindən yayınmır. Onlardan biri, dövrünün tanınmış bəstəkarı ruhani Muxail Verbitski şeirdən ilhamlanaraq ona musiqi bəstələmiş və ilk dəfə 1865-ci ildə Polşanın Peremışle ruhani seminariyasının salonunda ifa etmişdi" (Aleksandr Savçenko, Mixail Xmelevski. "Ukraynanın müasir himninin mətni tarixi-kultroloji və linqvistiq kod kimi". "Jezykoznawstwo" jurnanı, 2020, nr. 14)
XIX əsrin ortalatında Rusiyada və Avstriya-Macar imperiyasında "Ukraynafil" dərnəkləri-Ukrayna xalqının dil, ədəbiyyat və mədəniyyətinin qorunması və inkişafı uğrunda mübarizə cəmiyyəti-geniş yayılmışdı. "Şe ne vmerla Ukraina" şeiri, daha sonra mahnısı bu dərnəklər arasında çox məşhur idi.

Ukrayna Himninin sözləri

1917-ci ildən "Şe ne vmerla Ukraina" Ukrayna xalqının milli mübarizə simvolu kimi hər yerdə ifa olunur, xalqı mübarizəyə ruhlandırırdı. 1920-ci ilə qədər əsər milli himn kimi ifa olunsa da rəsmi status almadı. 1939-cu ildə Karpat Ukrayna Respublikasının rəsmi dövlət himni kimi təsdiqləndi.
1991-ci ildə uzun fasilədən sonra Ukraynanın ilk prezidenti Leonid Kuçmanın andiçmə mərasimimdə səslənən "Şe ne vmerla Ukraina" 1992-ci il 15 yanvarda Ali Radada Ukraynamın rəsmi dövlət himni kimi təsdiq edildi.
6 mart 2003-cü ildə Ali Rada "Ukrayna dövlət himni haqqında" Konstitusiya Qanunu qəbul etdi. ("Pro Derjavniy qimn Ukrayni". Vidomosti Verxovnoy Radi Ukrayni. 2003, N 24, s. 163.)
Bu gün də "Şe ne vmerla Ukraina" Ukrayna xalqını birliyə, həmrəyliyə, mübarizəyə ruhlandırır. Son illər işğala məruz qalan Ukraynaya dəstək nümayiş etdirmək üçün dünyanın bir çox ölkələrində bu əsər ifa olunur və dünya Ukrayna ilə həmrəy olduğunu bu əsərlə nümayiş etdirir. Çünki, "Şe ne vmerla Ukrayna" azad, müstəqil, suveren Ukraynanın mübarizə simfolu olaraq, millətin iki əsrə yaxın öz varlığını qorumasında əvəzsiz rol oynamış və oynamaqdadır...

1920-ci il aprel işğalından sonra Azərbaycanın mühacirət həyatı yaşamağa məhkum edilən Cümhuriyyətçi oğulları Üzeyir bəy Hacıbəylinin "Azərbaycan Marşı"nı Vətənin, müstəqilliyin, azadlığın rəmzi kimi yaddaşlarında, qəlblərində, zehinlərində, damarlarında axan qanda qorudular, unudulmağa qoymadılar. Zaman-zaman müxtəlif ölkələrdə nəşr etdirdilər, nəsildən nəsilə ötürdülər. 1920-ci illərdən başlayaraq "Azərbaycan Marşı"nın sözləri imkan düşdükcə dərgilərdə, şeirlər toplusunda yer alırdı.


Azərbaycan Cümhuriyyəti dövrünün istedadlı, yorulmaz tədqiqatçısı doktor Dilqəm Əhməd bu nəşrləri üzə çixararaq onlar haqqında qiymətli məlumatları geniş oxucu kütləsinə təqdim edir. Professor Asif Rüstəmli də "Cəmo bəy Cəbrayılbəyli: Həyatı və bədii yaradıcılığı" kitabında "Azərbaycan Marşı"nın mühacir həyatından maraqlı faktlar üzə çıxararaq bir arada toplamış və oxuculara təqdim etmişdir. Lakin əldə edilən bu faktlar "Azərbaycan Marşı"nın mühacir həyatını tam əks etdirmir. Bir çox önəmli tarixi fakrlar qeyd etdiyim araşdırmalarda əks olunmayıb. Bu faktlar haqqında ilk dəfə olaraq oxuculara ətraflı məlumat veriləcək.
Qeyd olunmuş nəşrlərin ardıcıllığına qısa da olsa nəzər salaq.
İlk dəfə "Azərbaycan Marşı"nın sözləri 1925-ci ildə Türkiyədə "Öz dilek" jurnalınnın 28 oktyabr tarixli 22-ci sayında çap edilir. (Bu gün, hələ ki, şeirin ilk dəfə çapı haqqında bizə məlum olan məlumat bundan ibarətdir-K. Ş.) Dilqəm Əhməd 20.01.2024-cü ildə "teleqraf.com" saytında çap etdirdiyi məqalədə bu haqda yazır:
"...Ankarada yaşayan dəyərli tarixçimiz Qiyas Şüküroğlu mənə maraqlı bir material göndərdi. Bu materialda Azərbaycan dövlət himninin sözləri fərqli şəkiıdə idi...
(ardı var)


MANŞET XƏBƏRLƏRİ