Kritik gün: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı hərbi ittifaq qurur


Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan üçtərəfli müdafiə sazişi imzalayacaq.

Bu barədə Türkiyənin təhlükəsizlik mənbələri məlumat yayıb.

Sazişin bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində imzalanması planlaşdırılır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün işgüzar səfər çərçivəsində Səudiyyə Ərəbistanına yola düşüb. Səfər çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşməsi gözlənilir.

Qeyd edək k, son günlər İran dəstəkli Yəmən husilərinin Səudiyyə Ərəbistanına hücumları intensivləşib. Belə bir şəraitdə Türkiyə və Pakistanın Ərəbistanla birgə müdafiə sazişi imzalaması regionda İran qüvvələrinə qarşı hərbi blok formalaşdırılması anlamına gəlir.

Onu da xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə Pakistanın qarşılıqlı müdafiə müdafiəsi var və Pakistan bir neçə dəfə bəyan edib ki, əgər Səudiyyə Ərəbistanına hücum olarsa, onlar İslamın müqəddəs mıkanların yerləşdyi ölkəni müdafiə edəcəklər.

B.Səlimov/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ