Putinin Stiv Uitkoff və Cared Kuşnerlə 3 saat davam edən görüşünün detalları bəlli oldu - FOTO


Putinin Trampın elçiləri ilə Kremldəki kritik danışıqları üç saatdan çox davam edib.

Turkustan.az "RIA Novosti" agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerlə Kremldəki görüşü üç saatdan artıq çəkib. Qapalı müzakirələrdə Rusiya tərəfindən həmçinin prezidentin köməkçisi Yuri Uşakov və Kirill Dmitriyev də iştirak ediblər.

Danışıqların ana xəttini Ukrayna münaqişəsinin tam nizamlanması və Donald Trampın müharibəni bitirmək üçün göndərdiyi xüsusi sülh təklifləri təşkil edib. Putin görüşün əvvəlində Vaşinqtonla təmasları müsbət qiymətləndirdiyini desə də, Ukrayna ətrafındakı mövcud hərbi-siyasi vəziyyətin kifayət qədər mürəkkəb olduğunu xüsusi vurğulayıb. Amerikalı diplomatlar Moskvadakı bu marafon danışıqlardan dərhal sonra sülh paketini müzakirə etmək üçün Kiyevə yola düşəcəklər./teleqraf

Image 1 of 3


MANŞET XƏBƏRLƏRİ