Trampdan İrana: Bu, əhəmiyyətsiz məsələdir!


ABŞ Prezidenti Donald Tramp İranla yaşanan gərginliyi “hərbi münaqişə” adlandırıb və bunun ABŞ üçün ciddi problem olmadığını bildirib.

Turkustan.az xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandıran Tramp İranla bağlı son vəziyyətə dair açıqlamalar verib.

Tramp Venesueladan sonra İranda da hərbi baxımdan mümkün olan hər şeyi etdiklərini və əməliyyatların olduqca uğurlu keçdiyini iddia edib. Bununla belə, ABŞ-ın hazırda İrana qarşı aktiv şəkildə hücumda iştirak etmədiyini bildirib.

ABŞ-ın vitse-prezidenti JD Vensin İranla bağlı vəziyyəti təsvir edərkən “müharibə” ifadəsindən çəkinməsinə münasibət bildirən Tramp deyib ki, bir çox insan bunu müharibə adlandırmır. O, özü isə vəziyyəti “hərbi münaqişə” kimi qiymətləndirdiyini vurğulayıb.

Tramp İranın ABŞ üçün böyük problem olmadığını qeyd edərək, “Biz Venesuelaya müdaxilə etdik və burada da müdaxilə etdik” deyib.

Aytən Yaşar/ Turkustan,az


MANŞET XƏBƏRLƏRİ