Məşhur türk aktyor evində ölü tapıldı


Məşhur türkiyəli aktyor Serhat Mustafa Kılıç İstanbulun Kağıthane rayonunda yaşadığı evdə ölü tapılıb.

Turkustan.az ölkə mediasına istinadən xəbər verir ki, Kılıçdan təxminən 1-2 gündür xəbər alınmadığı, onun sevgilisi tərəfindən evdə divanın üzərində hərəkətsiz vəziyyətdə aşkarlandığı bildirilib.

İlkin məlumata görə, aktyorun bədənində kəsici və ya deşici alət, eləcə də döyülmə nəticəsində yaranmış açıq yara izləri olmayıb. Bununla belə, göz ətrafında, qollarında və ayaqlarında göyərmələr olduğu qeyd edilib.

Qeyd edək ki, aktyor "Seksenler", "Hatırla sevgili", "Benim ennem bir melek", "Söz", "Çember" və s. seriallarda rol alıb. Serhat Mustafa Kılıç 2014-cü ilin noyabrında aktyorluq, yazıçılıq, rəqs və vokal üzrə təlimlər verən “Serhat Kılıç Okulu”nu yaradıb. O, həmin il öz teatr emalatxanasını da fəaliyyətə açıb./modern.az


MANŞET XƏBƏRLƏRİ