Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araçi ilə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, danışıq zamanı davam edən danışıqlarda son vəziyyət və əldə olunan irəliləyişlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin Türkiyə-İran ikitərəfli münasibətlərini və regionda baş verən son prosesləri müzakirə ediblər.
Fidan və Araçi regional məsələlərlə bağlı qarşılıqlı fikir mübadiləsi apararaq, mövcud vəziyyətə dair qiymətləndirmələrini bölüşüblər.
Aytən Yaşar/ Turkustan.az