Ayşən Faxrəddinqızı
"Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədr müavini
Şəhidlərimizin adı bizim üçün sadəcə bir ad deyil. O adın arxasında yarımçıq qalan ömürlər, həsrət çəkən analar, gözü yolda qalan övladlar və Vətən uğrunda verilmiş ən böyük fədakarlıq dayanır.
Onların xatirəsi bizim üçün müqəddəsdir. Bu müqəddəsliyi divarlara yazmaqla deyil, ürəyimizdə yaşatmaqla, onlardan bizə əmanət qalan ailələrinə hörmət etməklə göstərməliyik.
Şəhidimizin adını uca tutmaq istəyərkən müqəddəs torpaqlarımlzın-Şuşamızın daşlarını, divarlarını, tarixi abidələrimizi, parklarımızı və ictimai əmlakımızı korlamaq, əslində, qorumağa çalışdığımız dəyərlərə kölgə salmaqdır
Unutmayaq: Şəhidlər bu torpaq uğrunda canlarından keçdilər. Bizim borcumuz isə onların qanı tökülən torpaqlarımlzı qorumaq, onun gözəlliyini və irsini gələcək nəsillərə əmanət etməkdir.
Gəlin sevgimizi dağıtmaqla deyil, qorumaqla göstərək.
Gəlin onların müqəddəs adlarını divarlarda yox, qəlbimizdə yaşadaq.
Çünki şəhidə ən böyük ehtiram uğrunda can verdiyi Vətəni qorumaqdır.
Allah Şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin!