İranda yanacaq dolu sistern partladı - 10 ölü


İranın qərbində yanacaq daşıyan sisternin partlaması nəticəsində 10 nəfər ölüb.

Bu barədə İranın IRIB dövlət teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, partlayış Sənəndəc şəhərinin girişində baş verən yol-nəqliyyat hadisəsindən sonra qeydə alınıb.

Hazırda fövqəladə xidmətlər ərazidə xilasetmə işləri aparır və yanacağın dağılmasının fəsadlarını aradan qaldırırlar.

İlkin məlumata görə, Həmədan-Sənəndəc magistralı ilə hərəkət edən yanacaqdaşıyan avtomobilin qəzaya uğramasına əyləc sistemində yaranan texniki nasazlıq səbəb olub.

Hadisə nəticəsində, həmçinin 6 nəfərin xəsarət aldığı qeyd olunub.


MANŞET XƏBƏRLƏRİ