Türkiyədə 5 əyalətdə keçirilən polis əməliyyatı zamanı tanınmış müğənni Tuğba Ekinci də daxil olmaqla 5 nəfər saxlanılıb.
Turkustan.az "Haber Global"a istinadən xəbər verir ki, Kızılcahamam Respublika Baş Prokurorluğunun tapşırığı ilə həyata keçirilən əməliyyat zamanı Tuğba Ekinci, Ahmet Yılmaz, Ozan Rüzgar Dikici, Beren Akın və Çağlayan Yıldırım gözaltına alınıblar.
Axtarışda olan digər şübhəli Pınar Gülserin yaxalanması istiqamətində tədbirlər davam edir. Dəstənin daha bir üzvü Muhammet Ekicinin isə artıq cəzaçəkmə müəssisəsində olduğu müəyyən edilib.
Nədə ittiham olunurlar?
Aparılan araşdırmalar zamanı şübhəlilərin sosial media hesablarında qeyri-etik paylaşımlar etdikləri, müxtəlif platformalarda xüsusi hesablar açaraq ödənişli üzvlük sistemi vasitəsilə pornoqrafik və nalayıq görüntülər yaydıqları üzə çıxıb.
Şübhəlilərin Ankara Əmniyyət Müdirliyindəki prosedurları tamamlandıqdan sonra məhkəməyə çıxarılmaq üçün Kızılcahamam Respublika Baş Prokurorluğuna təhvil veriləcəkləri bildirilir./Musavat.com

