Uitkoff və Kuşnerin korteji danışıqlar üçün Kremlə gəlib - VİDEO


Moskvada Rusiya Prezidenti Vladimir Putinin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerlə görüşü başlayıb.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Putin Uitkoffla artıq səkkizinci dəfə üzbəüz görüşür, Kuşner isə Ukrayna məsələsinin nizamlanması ilə bağlı müzakirələrdə üçüncü dəfə iştirak edir.

xxx

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner, həmçinin onları müşayiət edən Rusiya prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin olduğu kortej Kremlə gəlib.

Turkustan.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, danışıqçıların Moskvada görüşdən sonra Ukraynaya yola düşmələri planlaşdırılır./oxu.az


MANŞET XƏBƏRLƏRİ