Zelenski: Ukrayna və 10 ölkə birgə antiballistik sistem hazırlayır


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Avropanın inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemi olan FREYJA proqramına artıq 10 ölkə qoşulub və layihə aktiv mərhələdə həyata keçirilir.

Turkustan.az xəbər verir ki, Zelenski axşam videomüraciətində qeyd edib ki, proqram çərçivəsində Ukraynaya real dəstək verə biləcək tərəfdaşlarla artıq razılıq əldə olunub.

"FREYJA – birgə Avropa antiballistik sistemi proqramı artıq fəal şəkildə işləyir. Proqrama qoşulan 10 tərəfdaş ölkə var və onlarla artıq razılığa gəlmişik", – deyə Ukrayna lideri bildirib.

Prezident antiballistik koalisiya çərçivəsində əməkdaşlığa hazır olan bütün şirkətlərə təşəkkür edib.

Zelenskinin sözlərinə görə, Ukrayna öz raketlərini və buraxılış qurğularını istehsal edə bilər, tərəfdaş ölkələr isə radarlar, sensorlar və digər vacib komponentlərlə layihəyə dəstək verəcəklər.

O vurğulayıb ki, Ukraynanın dünyada antiballistik imkanlara malik ölkələr sırasına qoşulması strateji hədəflərdən biridir və bunun üçün bütün zəruri şərait yaradılır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ