Mütəxəssislər daraxonrasib dərmanını ən ölümcül xərçəng növlərindən biri olan mədəaltı vəzi xərçənginin müalicəsində “irəliləyiş” kimi qiymətləndirirlər.
Turkustan.az xəbər verir ki, Klinik sınaqlarda dərmanın xəstələrin orta sağ qalma müddətini təxminən iki dəfə artırdığı müəyyən edilib.
ABŞ Qida və Dərman Administrasiyası (FDA) klinik sınaqlarda müsbət nəticələr göstərən bu müalicəni təsdiqləyib. Dərmanın mədəaltı vəzi xərçənginin müalicəsində mühüm yenilik olduğu bildirilir.
BBC-nin məlumatına görə, 500 xəstənin iştirak etdiyi genişmiqyaslı klinik sınaqlar zamanı gündəlik daraxonrasib qəbul edən xəstələrin orta sağ qalma müddəti 13,2 ay olub. Kimyaterapiya alan xəstələrdə isə bu göstərici 6,6 ay təşkil edib.
Nəticələr yeni dərmanın xəstələrin sağ qalma müddətini əhəmiyyətli dərəcədə uzada biləcəyini göstərib.
Aytən Yaşar/ Turkustan.az