Zelenski: Ukrayna Moskvaya hücum etməyəcək


Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələrinin Moskva səfəri zamanı Ukraynanın Rusiya paytaxtına zərbələr endirməyəcəyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında Trampın xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşnerin Rusiyada danışıqlara başladığını bildirib.

Ukrayna Prezidenti danışıqlar prosesinə cəlb olunan şəhərlərdə hava hücumlarının dayandırılması rejiminə əməl etməyə hazır olduqlarını vurğulayıb. O qeyd edib ki, Ukrayna bu gün, sabah və bazar ertəsi Moskvaya hücum etməyəcək və Rusiyanın da eyni müddətdə Kiyevə zərbələr endirməkdən çəkinəcəyini gözləyir.

Zelenski diplomatik müstəvidə də Ukraynanın “100 faiz güclü və təsirli” mövqedə olmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, ABŞ nümayəndə heyətinin iştirakı ilə sabah Kiyevdə keçiriləcək diplomatik danışıqların planı artıq təsdiqlənib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də ABŞ nümayəndələrinin səfəri ilə əlaqədar Rusiya ordusuna üç gün ərzində Kiyevə hücum etməmək barədə göstəriş verib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ