“Bu gün ABŞ və İran arasında aparılan danışıqlar yaxşı xəbərlə başa çata bilər”.
Turkustan.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
“İnşallah, İran və Amerika arasında danışıqlar bu gün yaxşı xəbərlə başa çatacaq. Açığı, Hörmüz boğazı məsələsində bəzi çətinliklər var. Texniki detallara gəldikdə isə, şübhəsiz ki, Oman da coğrafi xəritəni nəzərə alaraq öz rolunu oynamalı olacaq”, – XİN başçısı bildirib. /globalinfo.az