ABŞ-da İranla münaqişə fonunda sursat çatışmazlığı barədə məxfi məlumatların sızdırılmasına görə casus araşdırılır.
Turkustan.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargahının 50-yə yaxın yüksək vəzifəli hərbi və mülki əməkdaşı poliqraf testindən keçirilib.
Araşdırmaya ABŞ-ın İrana qarşı əməliyyatları zamanı sursat ehtiyatlarının azalması barədə məlumatların mediaya sızması səbəb olub. Məlumatın sızması prezident Donald Trampı qəzəbləndirib.
Telekanal bildirir ki, sözügedən məlumatdan yalnız problemin əhəmiyyətini anlayan məhdud sayda şəxsin xəbəri olub. Bu səbəbdən onların arasında xarici kəşfiyyat orqanlarının agenti ola biləcəyinə dair şübhələr yaranıb.
Poliqraf testindən keçən şəxslərin heç biri müstəntiqlərdə şübhə yaratmayıb. Bununla belə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn testdən keçirilməyib.
ABŞ-ın sursat ehtiyatlarının İranla münaqişə fonunda sürətlə azaldığı barədə məlumatlar qarşıdurmanın başlamasından bir neçə həftə sonra mediada yayılıb.
“The Washington Post” bir ay əvvəl yazıb ki, Tramp sursat çatışmazlığı ilə bağlı müdafiə naziri Pit Heqsetdən sərt şəkildə izahat tələb edib. ABŞ prezidenti ona problemin artıq həll olunduğunun deyildiyini, lakin real vəziyyətin tamamilə fərqli olduğunu bildirib./Globalinfo.az