ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Vitkoff və Cared Kuşnerin Moskva səfərinə ABŞ Maliyyə Nazirliyinin sanksiyalar üzrə koordinatoru vəzifəsini icra edən Cin Lanq da qoşulub.
Turkustan.az xəbər verir ki, bu barədə “Axios” xəbər yayıb.
Bildirilir ki, Lanq Rusiyanın Prezidenti Vladimir Putinin nümayəndəsi Kirill Dmitriyevlə keçirilən hazırlıq görüşündə iştirak edib. Lakin o, Vitkoff və Kuşnerin Rusiya Prezidenti Vladimir Putinlə görüşünə qatılmayıb.
Məmurun səfərdə iştirakı ABŞ-Rusiya danışıqları zamanı Rusiyaya qarşı tətbiq edilən Amerika sanksiyalarının da müzakirə mövzularından biri ola biləcəyinə işarə kimi qiymətləndirilir.
Aytən Yaşar/ Turkustan.az