Rusiyanın zərbəsi Ruminiya sərhəd keçidini iflic etdi


Rusiya qoşunları Ukraynanın Odesa vilayətinin İzmail rayonunda sərhəd infrastrukturuna hava zərbəsi endirib.

Turkustan.az xəbər verir ki, hücum nəticəsində Rumıniya ilə sərhəddə yerləşən “Orlivka” beynəlxalq bərə keçid məntəqəsinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bu barədə İzmail Regional Dövlət Administrasiyası məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri İzmail rayonundakı sərhəd infrastrukturuna hava hücumu həyata keçirib.

Bu, Rusiyanın tammiqyaslı müharibənin başlanmasından bəri “Orlivka” beynəlxalq bərə keçidinə dördüncü hücumudur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ