Partiyasının adını unutdu - Video


CHP-dən ayrılaraq “Yeni Partiya”nı quran Özgür Özəl Ədirnədə qatıldığı bir tədbirdə qalmaqallı bir səhvə yol verib.

Turkustan.az Türkiyə mediasına istinadla xəbər verir ki, partiyasının üzvlərinin sayının artmasını vurğulayan Özəl çıxışı zamanı öz partiyasının adını unudub.

Sədrin "Yeni Partiya" əvəzinə İYİ Partiya deməsi maraqla qarşılanıb:

“Əldəki imkanlarla partiya üzvlərinin sayı 1 milyona doğru irəliləyir. Milyonlarla üzvə sahib olmaq həm İYİ Partiyanı (burada “Yeni Partiya” deməli idi – red), həm də Türkiyəni gücləndirəcək”.

Ətrafdakı insanların müdaxiləsindən sonra Özəl səhvini düzəldib./axar.az


MANŞET XƏBƏRLƏRİ