Danimarka qaçqınları geri göndərəcək


Danimarka Avropa ölkələrində olan və sığınacaq müraciətləri rədd edilmiş şəxslərin 2027-ci ilin sonunadək repatriasiya mərkəzlərinə göndərilməsinə hazır olduğunu açıqlayıb.

Turkustan.az xəbər verir ki, Danimarkanın İmmiqrasiya naziri Morten Bodskov Kopenhagendə Almaniya, Niderland, Avstriya və Yunanıstandan olan həmkarları ilə görüşdən sonra yazılı açıqlama verib.

Bodskov ölkəsinin miqrasiya siyasətinə toxunaraq bildirib ki, Danimarka hazırda digər Avropa ölkələrində olan və sığınacaq müraciətləri rədd edilən şəxslərin 2027-ci ilin sonuna qədər repatriasiya mərkəzlərinə yerləşdirilməsinə hazırdır.

Nazirin sözlərinə görə, görüş zamanı üçüncü ölkələrlə repatriasiya mərkəzlərinə dair mümkün razılaşmalar müzakirə olunub.

“Danimarkada qanunsuz yaşayan əcnəbilərin onları geri göndərməkdə çətinlik çəkdiyimiz üçün özlərini mükafatlandırılmış hiss etmələrini qəbul etmirik”, - deyə Bodskov bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ