Türk tarixində Bəydili boyu


Mirişli Elşən
Gəncə şəhəri, tarixçi

Bəydili boyu Rəşidəddinin “Oğuznamə”sində hökmdar yetirən beş boydan biri kimi xatırlanır.Xarəzmşahlar xanədanı bu boydandır.Boz-ox boylarından biri olan Bəydili boyu Xarəzmşahlar İmperatorluğunu (1077-1231) yaratmışdı.Bəydili boyu oğuzların 24 boyundan biri kimi qeyd edilir,onların mənşəyi özünü oğuz türklərinin əcdadı Oğuz xandan götürür.

Xarəzmşahlar-Xarəzm-Xivə deməkdir.Böyük Səlcuq İmperatorluğu zamanında Sultan Məlik şah tərəfindən Xivəyə Anuş Təkin (1077-1097) adında Bəydili boyuna mənsub bir türk vali təyin olundu.Bunun vəfatından sonra sonra yerinə oğlu Qütbəddin Məhəmməd (1097-1128) keçdi və Xarəzmşah ləqəbini aldı.Bunların nəslinə mənsub Əlaəddin Atsız (1128-1156) adlı birisi də istiqlaliyyət sevdasına düşdü və üsyan etdiyi üçün Xivə şəhərindən sürgün edildi.Lakin sonra şəhərə təkrar qayıdaraq istiqlaliyyətini elan etdi.Xarəzmşahlar Bəydili boy dövlətini yaradaraq istiqlalını elan etdi. Atsızın Anuştəkin Bəydili sülaləsindən El Arslan (1156-1172), Şah Mahmud (1172-1193) Şimali Xorasanı idarə etmişdi. Əlaəddin Təkiş (1172-1200), Əlaəddin Məhəmməd (1200-1220), Cəlaləddin Məngburun (1220-1231) adlarında böyük hökmdarlar və hamısı Xarəzmşah ləqəbini daşıdılar. Son hökmdarları zamanında Çingiz xan zühur edərək,Xarəzmə hücum elədi və Cəlaləddin Məngburun Hindistana geri çəkilməyə məcbur oldu və burada iki illlik lap çox macəralardan sonra indi İran adlandırılan ölkəni və Azərbaycanı istila edərək tatar işğalına qədər ölkəni idarə elədi.1231-ci ildə tatarlarla savaşda məğlub edildiyindən Cəlaləddin diyari- Rumma çəkildi və yolda qətl olundu. Bəydili Xarəzmşah boy dövləti Cəlaləddinin öldürülməsi ilə ömrünü tamamladı.
Bəydililər Şimali Suriyada Türkmanların boz-ox qolunu meydana gətirən qollardan biri idi.
Bəydililər Səfəvi dövlətinin (1501-1736) yaranmasında da iştirak etmişdilər. Bununla əlaqədar olaraq onlardan mühüm bir qol indiki İran ərazisinə getmişdir.Bundan başqa,XVI əsrdə Boz Ulus və Yeni-el arasında Şimali Suriyadakı ana qoldan ayrılmış Bəydili qollarına təsadüf olunur.İç –el bölgəsində isə müstəqil bir Bəydili qolu vardır.Səfəvi dövlətində Bəydili boyu Şamlu Boyu adı ilə tanınırdı.
Tarıxçi Naimə Bəydili Türkmanlarının Hələbdən Diyarbəkirə qədər uzanan sahənin ən gözəl yaylaqlarına sahib olduqlarını yazır.
Bəydili oymaqlarının başında duran bəylərin Osmanlı dövlətinin onlara etibar etməməsi, vəzifə verməməsi və xüsusən də,dövlət məmurlarının haqsız rəftarı üzündən Səfəvi dövlətinə getdikləri bir faktdır.XV əsrdə və XVI əsrin ilk rübündəki köçəri bəy ailələrinin daha sonra müşahidə edilməməsi onların indi İrana adlandırılan əraziyə köçmüş olmaları ilə bağlıdır.İranda isə onlar bu ölkəni idarə edən Türk əsilzadələri sırasına daxil edilir,yüksək mənsəblərə təyin olunurdular.Bəydili Boyunun bəyi Şahin Bəyin (rəvayətlərdə Firuz bəy) İrana getmiş olduğu tarixdə və səlnamələrdə qeyd olunmuşdu.
Bəydililər onları yandırıcı Rəqqa çöllərində buraxıb Səfəvi Dövlətinə gedən bəylərini əsla unutmamış,uşaqlarının adını (Feruz şəklində) qoyaraq xatırəsini zəmanəmizə qədər yaşatmışdılar.
Bəydililər və digər Türk oymaqları sonralar Osmanlı İmperatorluğu tərəfindən sürgün yeri olaraq qəbul edilən Rəqqa bölgəsində yalnız susuzluq və qovurucu istilərlə deyil,ərəb boyları ilə də mübarizə aparmaq məcburiyyətində qalmışlar.Mübarizə əhalisi qələbəlik olan təyy və ənəzə ərəbləri ilə aparılırdı.Əhalisi çox və vəhşi olan bu qəbilələrlə sayı onlardan çox az olan Bəydililərin və digər oymaqların igidliklə döyüşdükləri bilinir.
Bəydili oymağı Rəqqa bölgəsinə alışdı, hətta rəvayətlərə görə,təhlükəli düşmənləri olan ərəb boylarlı Bəydilli Boyundan çəkinməyə başladı.
İran Bəydililəri
Şimali Suriya Türkmanları Səfəvi dövlətinin (1501-1736) yaradılmasında Şamlu adı altında iştirak etmişdilər.Hələ Şah İsmayılın atası Şeyx Heydər zamanındakı Səfəvi müridləri arasında Şamluların qələbəlik bir halda olduqları bilinir.
Səfəvi (Qızılbaş) dövlətinin bel sütununu təşkil edən Türk Boylarından ən əsası olan Şamlu Boyu Bəydili,İnallu (sonralar İnanlu) və Xudabəndlu (Xarbəndəlu) obalarından meydana gəlmişdi. Daha sonra bu boya Avcı, Balabanlu, Biçərlu, Ərəbgirlu və Kəramətlu kimi obalar da qarışmışdır. I Şah Təhmasibin (1524-1576) ordusunda Şamlu əmirləri savaşlarda azı 10 min süvari Bəydili əsgəri çıxarırdılar.
Şamlular I Şah Abbas (1588-1629) dövründə bütün qızılbaş boylarını ötərək birinci dərəcəli mövqeyə çıxmışlar.Bu dövrdə ən çox əmir verən onlar idi.Şamlular Şah Abbasın xələfi Şah I Səfi Bahadır xan (1629-1642) zamanında da öz mövqelərini mühafizə etmişdilər.
Şamlular arasında Bəydili qolu bu boyun hakimi və hərəkətverici obası idi.Səfəvi Dövlətinin qurulmasında iştirak etmiş Şamlu Əbdi bəy və onun oğlu məşhur Durmuş xan Bəydili Boyuna mənsub idi.
Şah Təhmasibə qarşı səltənət davasına qalxan qardaşı Alxas Mirzənin adamlarından olub sonra ondan ayrılaraq,Təhmasibin tərəfinə keçən Bərəkət Xəlifənin Bəydili olduğu məlumdur.Sultan Məhəmməd dövründəki əmirlərdən Əhməd Bəy Bəydili Boyundan idi.O,1002-ci ildə (1593-1594) Şah Abbas tərəfindən Lahican darğalığına təyin edilmişdi.
Şah Abbas Şamlu Boyunun bəylərinə xüsusi rəğbət bəsləyirdi.Onun dövründə bu Boydan böyük əmirlər yetişmişdi.Bəydili obasına mənsub Şamlu əmirlərindən (yuxarıda adı çəkilən Əhməd bəydən başqa) beş qardaş vardır ki,onlar Şah Abbasın yaxın ətrafındakı ordu komandanları sırasına daxil idilər.Beş qardaş bunlardır:Məhəmməd bəy,Heydər bəy,Saru bəy,Qapan bəy və Zeynal bəy.Onlardan biri-şahın yaxın adamı Məhəmməd bəy 1022-ci ildə (1613-1614) öləndə malı-mülkü anabir qardaşı,hərəmin eşik ağası Heydər Sultana qalmışdı.Heydər Sultan özü 1028-ci ildə vəfat etmiş və zəngin sərvəti oğlu Nuriddəhrə qalmışdı.Nuriddəhrə bu dövrdəki bəzi hərbi səfərlərdə iştirak etmişdir.Saru bəyə gəlincə,o,1011-ci ildə (1602-1603) Osmanlı ordusu ilə müharibədə igidlik göstərmişdi.Özü 1021-ci ildə (1612-1613) Saru-Gürgan və Ganə-rud (Girmanşah bölgəsində) hakımı olub,1033-cü ildə (1623-1624) Hıllə hakimliyinə təyin edilmişdi.Onun qardaşı Qapan Sultana 1018-ci ildə Osmanlılardan geri alınan Urmiya qalasının hakimliyi verilsə də,1024-cü ildə (1615) məsulyətsizliyi üzündən qala kürdlərin əlinə keçmiş,o isə qardaşlarının hörmətinə görə sadəcə vəzifəsindən azad edilmişdir.Zeynal bəy də Şah Abbasın yaxın adamlarından biri və tuşmalbaşı idi. Hökmdar tərəfindən sevilən Zeynal bəyin Şah Abbasın vəfatı zamanı eşik ağası və eyni zamanda Rey hakimi olduğunu bilirik.
Şah Abbas dövründəki Bəydili bəylərindən biri də Gündoğmuş Sultan idi.O,Şah Abbasın I Bağdad səfərində Kərkük yörəsindəki Tavukda idi.Buradan şahın hüzuruna gələn bu Bəydili əmiri onun xidmətinə girmiş və sultanlıq ünvanı almışdı.Gündoğmuş Sultan Azərbaycanın müxtəlif yerlərində dirlik sahibi idi.Osmanlı ölkəsində Şah Abbasın xidmətinə girən Gündoğmuş Sultan və ona tabe Bəydililərin boz ulus arasında yaşayan Bəydili oymağından olması ehtimalı böyükdür. Şah Abbasın xələfi və oğlu I Şah Səfi zamanında yuxarıda adını çəkdiyimiz Zeynal bəy səltənət vəkillliyi mövqeyinə qədər yüksəlmişdi. Ancaq o, 1039-cu ildə (1630) sədrəzəm Xosrov paşaya məğlub olduğu üçün öldürülmüşdür.Bu dövrdə Bəydili əmirlərindən biri də Nəqdi bəy idi.Onun Zeynal xanla qohum olub-olmaması bilinmir.Şah Səfinin hökmdarlığının ilk illərində fərraşxana darğası olan Nəqdi bəy xanlıq rütbəsi ilə 1042-ci ildə (1633-1634) Mərv,həmin ildə Kuh-Giluyə hakimliyinə təyin edilmişdir.Bağdadın 1637-ci ildə IV Sultan Murad tərəfindən geri alınması zamanı Osmanlı ordusuna əsir düşmüşdür.Buna görə də Kuh-Giluyə valiliyinə fərraşxana darğası olan oğlu Zeynal bəy təyin olunmuşdur,fərraşxana darğalığı isə Zeynal xanın oğlu Heydər bəyə verilmişdir.
II Abbasın (1642-1666) hökmranlığının ilk illərində yuxarıda adı çəkilən Saru bəyin oğlu Səfiqulu bəy Sultaniyyə və Zəncan hakimi olmuşdur.XVIII əsrdə Şamlu Boyu zəifləmiş,buna görə də həmin əsrdə bu boydan az əmr çıxmışdır.Onların arasında Bəydilidən Əfşar Şahrux Sultanın xidmətindəki Məhəmməd Zaman xanı və Mustafa xanı qeyd etmək olar.
XVIII əsr təzkirəçisi Lütfəli bəy də Bəydilidəndir.Yuxarıda adı çəkilən Mustafa xan Lütfəli bəyin əmisi və ya əmisi oğlu idi.
Şamlu Boyunun inallu (inanlu) obası şahsevən kimi öz varlığını bu günə qədər davam etdirmişdir.Hazırda Həmədan bölgəsində hamılıqla oturaq həyata keçmiş və kəndlərdə yaşayan Qaragözlü oymağının Şamluların qalığı olduğu bilinir,ancaq Şamlunun hansı obasından və ya obalarından olması hələ təyin edilməmişdir.İndi İranda Bəydili adında əhəmiyyətli bir təşəkkülə təsadüf edilmədiyi üçün ,ehtımal ki,Qaragözlülər Bəydililərin törəmələridir.
Ətrək və Gürkan çayları arasında yaşayan oymaqlardan (tayfa) biri də Bəydililərdən idi.Bu Bəydili oymağı 1863-cü ildə aşağıdakı qollara ayrılmışdı:pank,aman xoca,boran və qarışmaz.Ancaq köklən Bəydili oymağının əhalisi o qədər də çox deyildi.1840-cı ildə bu oymağın 400 ailədən ibarət olduğu bildirilir.Bu oymağa Çaku Bəydili də deyilir.
Bəydili Boyu Azərbaycan Türklərinin tarixində öz sözünü demiş bir Boydur. Xalqımızın etnogenizində iştirak etmişdir. Bəydililər Oğuz Türklərinin 24 Boyunan biridir. İran, Türkiyə, Azərbaycan, Türkmənistan, İraq, Suriya və Balkan Türkləri Oğuzların övladlarıdır.


MANŞET XƏBƏRLƏRİ