Peskov: Rusiya Britaniyanın dəstəklədiyi raket istehsalını məhv edəcək


Kremlin sözçüsü Dmitri Peskov Britaniyanın Ukrayna böhranında sülh prosesinə mane olmaq üçün sistemli addımlar atdığını bildirib.

Turkustan.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamasında Britaniyanın Ukraynaya verilən uzaqmənzilli “Storm Shadow” raketləri üçün Britaniya istehsalı komponentlərlə bağlı məlumatları açıqlamaq planını “son dərəcə mənfi” qiymətləndirib.

“Böyük Britaniya müharibədə Kiyev rejiminin tərəfini tutur. Britaniya sülh prosesinə mane olmaq üçün sistemli şəkildə addımlar atır”, – Kremlin sözçüsü deyib.

Peskov həmçinin bildirib ki, Rusiya ordusu bu raketlərin istehsal olunduğu müəssisələri müəyyənləşdirmək və məhv etmək istiqamətində fəaliyyətini davam etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ