Ərdoğan və Litva Baş naziri regional gündəmi müzakirə etdi


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvanın Baş naziri Gintautas Paluckas Sinkevicius ilə telefon danışığı aparıb.

Turkustan.az xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-Litva münasibətləri, eləcə də regional və qlobal gündəmdə olan məsələlər müzakirə olunub.

Ərdoğan yeni dövrdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinin Türkiyə-Litva münasibətlərinə mühüm töhfə verəcəyini bildirib.

Tərəflər qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini də müzakirə ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ