Ermənilər öz qürurları olan bu qadını görün necə öldürüblər – Qəribə FAKTLAR


Erməni yalanları dünyanın əksər yerlərində elə yayılıb ki, onların iç üzünü və əsl simasını tanımayanlar inanırlar.

Bu gün ifşa olunan bir yalan da 2017-ci ildə “Magnum Photography Awards” mükafatı bu fotodur. Ermənilər iddia edirlər ki, guya bu qoca 106 yaşında əlinə avtomat silah alaraq “öz kəndini” qoruyub. İndi gəlin uzun zamandır sosial medianı aldadan bu fotonun tarixini və qadının kimliyini aşkara çıxaraq və erməni yalanlarından birini də ifşa edək.

Fotonun orijinalında nə yazılıb?

Fotonun orijinalı belə adla qeyd edilib: “A 106-year-old Armenian woman protecting her home with an AKM” ( Tərcüməsi: Evini AKM ilə qoruyan 106 yaşlı erməni qadın)

Fotonun müəllifi Armine Yohannesindir. İranda andan olan erməni əsilli fotoqraf Birinci Qarabağ müharibəsi dövründə işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz olaraq gəlib və hadisələri yalnız erməni tərəfinin “fədakar, məzlum və özünü müdafiə edən” nöqteyi-nəzərindən lentə alıb.

Sima Dədəyan

1990-cı ilə aid olan bu fotodakı qadının adı Sima Dədəyandır (bəzi mənbələrdə Sima Arakelyan). Onun 106 yaşı yox, 81 yaşı olub. Fotoqraf evinin qarşısında duran yaşlı qadını görərək ona yaxınlaşıb və yaxınlıqdakı erməni terrorçudan silahı alaraq onun əlinə verib və belə pozada fotosunu çəkib.

Daha sonra fotonun beynəlxalq mediada təqdimatı elə qurulmuşdu ki, sanki bu qadın real döyüşçüdür və evinin qabağında postda durub. Maraqlı faktlardan biri budur ki, fotoqraf onunla erməni dilində danışmağa cəhd etsə də, Sima ona Azərbaycan dilində cavab verib. Yerli ermənilərin öz ana dillərində danışmaqda çətinliklər çəkdiyini fotoqraf sonradan etiraf etməli olub.

Foto elə bir kənddə çəkilib ki, nə Birinci, nə də İkinci Qarabağ müharibəsi dövründə orada bir güllə belə atılmayıb. Döyüş bölgəsinə yaxın olsa da, heç bir formada Azərbaycan tərəfdən ora atəş belə açılmayıb.

Daha bir maraqlı fakt budur ki, AKMS avtomatının çəkisi təxminən 4 kiloqramdır. 80-dən yuxarı yaşı olan, osteoporoz və oynaq ağrılarından əziyyət çəkən bir qadına bunu verən fotoqrafın getməsindən bir müddət sonra silahın verdiyi ağırlıq səbəbindən qadının səhhəti pisləşib, bu isə onun ölümünü sürətləndirib.

Qocanın ölümü

Erməni yalanları onun “qəhrəmancasına həlak olmuş döyüşçü” kimi təqdim etməyə çalışsa da, reallıqda o, sadəcə öz kəndində sümük və belində olan ağır xəstəlikdən ölüb. Bu, 1990-cı illərdə erməni mediasında gedən yazılardan bəlli olur. Bunun üçün 90-cı illərin xəbərlərini diqqətlə oxumaqla məlumat əldə etmək olar. Qeyd edim ki, foto çəkilən zaman onun ailəsi, övlad və nəvələri ilə birgə yaşayırdı və “tənha erməni qadını” mifini elə özləri bu barədə mediada verdiyi müsahibələrdə bildiriblər.

Nəvəsinin sözlərinə görə, fotoqraf kəndə gələndə nənə qapının ağzında oturubmuş və fotoqraf daha təsirli kadr almaq üçün həmin vaxt yaxınlıqdakı kənd müdafiəçilərindən birinin avtomatını gətirib onun qucağına qoyub. (mənbə: “Hayastani Hanrapetutyun” qəzeti və mediamax.am portalı )

Ermənilər elə bilir ki, onların yalan təbliğat maşını sona qədər sürətlə gedə biləcək. Daha zaman o deyil. İndi onların yalan və sürət maşınını dayandıran Azərbaycan və azərbaycanlılar var.

Prof.Dr. Zaur Əliyev

/globalinfo.az


MANŞET XƏBƏRLƏRİ