Türk ərənlərinin yurdları - Kəl Ağalı



Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Çoxluqdan üstün, çoxlarında heyrət doğuracaq güc yiyələrinə “Kəl”, “Kəlçə” ayaması ilə adlanması, milli ədəbi-bədii və qəhrəman/ərən obrazı ilə tərənnümü Türk şifahi xalq yaradıcılığı, epik və bədii əsərlərində daha çox ifadə olunub, hətta adi həyat tərzində, lətifə və bəzəmələrdə də bu xüsusi isimlərdən istifadə edilib.

Bu sırada “Kəl Həsən”in nağlını göstərmək olar və yaxud, “Koroğlu” dastanında Rövşən Alı oğlunun ərənliyi aşıqların tərənnümündə “kəl süysünü kimi” boynu və “kəl buynuzu kimi” bığı olduğu vəsf edilib...və yaxud, Koroğlu “yeddi min dəlinin kəltə kəli” qismində təriflənir.

XVIII əsrin sonlarında Qobustan nahiyəsinin Zəngiçay çayının (Pir Seyid/Pirsaat çayının sağ qolu) sağ sahilində Qalağ deyilən yerdə Kəl Ağalı kəndinin (40-50 yurda malik) tərəkəmı elatı zəhərli ilanların “təcavüzü”nə məruz qaldıqlarından doğma yurdlarını tərk edib, Şirvaт düzünün Girdiman çayının sağ sahili yatağında məskən salaraq indiki Ağsu rayonu, Kəlağalı kəndini (amma, təhrif edilərək “Kəlağaylı” olaraq yazılır) yaratmışlar. Qalağın üstündə, Yavanı Baba dağının quzeyində isə (köhnə yurddan 500 m aralıda) sonradan Quba-Dərbənd mahalından (Dağ Zəyid kəndindən) köç edən ailələrin ərazi vahidi Cəm-cəmli kəndi adlanıb...

Ümumilikdə yer adlarının yaranması prinsipləri sırasında tayfa, qəbilə, nəsil, soy...şəcərə mənsubluğu, ərazinin təbii məzərəsi/oroqrafiyası, əhatə strukturlarının səciyyəvi cəhətləri...ilə yanaşı, həm də, ərənlərin, igidlərin, din xadimlərinin, dini-sakral, mistik-fəlsəfi...inancları simvolizə edilərək, kultlaşdırılaraq “tarixi-coğrafi ünvan” kimi istifadə olunması elmi-nəzəri baxımdan dəyər kəsb edir. Bu cəhətlər “Türk dünyası coğrafiyası”nda xüsusilə geniş yayılmış, Böyük Avrasiya qurusunun xeyli hissəsində “közərən yurd ocaqları” timsalında, əski Türk tarixi keçmişinin saxlanc ünvanı kimi indi də yaşayır, minilliklərin dialekt-şivə təhriflərinə məruz qalsalar da....

Belə onomastik vahidlərdən biri, etimoloji məna baxımında söz kökü olaraq Kəl Ağa (fövqəladə gücə, qüvvətə... yiyələnən Türk İgidlərinin ismi) anlamında etimoloji məna kəsb edən, müasir ünvan reyestrində “Kaluqa” kimi yazılan antrotoponimini göstərmək olar.

Əski Bəyaz Türklərin xələfləri olmuş və Şərqi Avropa düzənliyinin mərkəz və şimal hissələrində Üst Daş dövründən bəri məskunlaşan qəbilə-tayfa İttifaqının etnogenetik soyları, ilk növbədə protoHun-Uyğur ailəsinin şəcərələri I minillikdə bu ərazilərə köç edən Çöl, Sarı...Türklərin qolları ilə assimlyasiya olmuş, artıq Türk/Moğolların yürüşü zamanı bir daha qaynayıb-qarışmış və ümumi dil, semantik ifadə sisteminə əsaslanan toponimləri (bəziləri tarixin axınında sıradan çıxsa da, oturuşmuş leksik-ifadə tərzinə uyğun təhrif edilsə də....Türk dili ilkinlyini qoruyub saxlamışlar) yaratmışlar.

Müasir Rusiya Federasiyasının İtil/Volqa, Kama, Oka...çayları hövzəsinin yer adlarının mənasında, etimoloji təhlilində protoTürk şifahi və yazılı dil üslubunun təsirini aydın göstərir.

Haşiyə. ProtoHun qəbilə-tayfa İttifaqı soylarının əzəməti, yenilməz gücü-qüvvəti...sayəsində döyüş meydanlarında həmişə qələbələr qazanılmış, hətta Avropanın cəngavər Anqlo-saks və German tayfalrının, davakar Qalların...məğlubiyyəti nəticəsində X əsrdə Hun dövləti (müasir Macarıstan) yaranmışdır. Avropa qitəsinin gündoğanında, Şərqi Avropa düzənliyində Hun-Uyğurların/Bəyaz Türklərin (Çöl/Səhra Türləri və Moğolların Şimala köç edən etnoşəşərələrinin) doğma turdları Kəl Ağalı şəhəri eyni adlı çayın sahilində salınmış, Rusiya inzibati-ərazi bölgüsündə “Kaluqa” toponimi kimi qeyd edilib.

(Göy Türlərin mifologiyasında Od, Alov, Güc, Qüvvət...tanrısı Qalçan xan hesab olunur).

Şərqi Avropa düzənliyi qədim “Türk dünyası coğrafiyası”nın sərhədlərinin kəsişmə və paylanma mövqeyinə görə səciyyəvi xüsusiyyətlərə malikdir. Belə ki, bütün istiqamətlər üzrə Böyük Türk köçlərinin yolu buradan keçmiş, Türk-Müsəlman dövlət quruculuğu mərhələləri idarəetmə sistemini formalşadırmış, milli-mədəni Təbəddülat ocaqlarının yaranması ilə tarixdə iz salmışdır.. Bu səbəbdən bölgə yer adlarının 80%-ə qədəri əski protoTürk Ailə-Dil qrupunun etngenetik/etimolji anlamında yaranmışdır.Etimoloji mənaca eyni toponimlərin fərqli semantik sistemi isə çoxşaxəli qəbilə-tayfa birliklərinin təsiri ilə yaranmışdır.

Bu mənada Kəl Ağalı şəhəri ilə Kəlçə çayının (coğrafi reyestrdə “Kalka” çayı) filoloji eyniliyi xüsusi elmi-nəzəri mahiyyət kəsb edir.

Hazırda Ukrayna Respublikasının cənubunda, Azov dənizi hövzəsinə aid olan Kəlçə çayının adı Türkcə “igid”, “yurdunu qoruyan döyüşçü” məasına uyğu olaraq yaranmışdır.

Bəyaz və Çöl Türklərin əski yurdlarının tarixi, coğrafiyası, milli-mədəniyyət irsinin zənginliyi toponimlərdə əks olunduğu, təbii məkanlarda yaşaması....Kəl Ağalı şəhərinin yerləşdiyi Oka-Don düzəgahında Don çayı, Azöv dənizi...kimi hidronimləri (Sak-İskit...mənşəli) bu baxımdan xüsusi maraq doğurur.

Qıpçaq-İskit/Sak/Massaget qəbilə-tayfa birliklərinin “Çöl Türkləri” adlanan qolu Xəzər və Azov dənizləri hövzəsinin şimal hissəsini, Dəşti-Qıpşaq və Dunay düzənliklərinədək geniş əraziləri əhatə etmiş, qədim Yunan salnaməçilərinin əsərlərində bu barədə dəqiq tarixi-xronoloji məlumatlar verilmiş, antik xəritə təsvirlərində göstərilmişdir. Təbii ki, həmin ərazilərdə yaranan yer adları ilkin filoloji/etimoloji anlamda olmasa da, minilliklər ərzində şivə-dialekt, linqvistik-dil...dəyişikliyinə uğrasalr da, erkən/arxaik Türk dilləri Ailəsinin semantikasına uyğunluğunu qoruyub saxlamış və həmin bölgənin müasir toponimkasının məzmun zənginliyini ifadə etməkdədir.

Hidronim kimi Don, Dnepr, Dnestr və Dunay çaylarının söz kökü olaraq qəbul edilən “don”, “dan” “danu” isimləri və onların müxtəlif şəkilçilərinin-“iz”, “ay”, “ər”... təyini söz birləşmələrinin protoTürk mənaları bu baxımdan xüsusi maraq doğurur, Türk dillərinin filoloji funksionallığının əhatəliyini göstərir.

Haşiyə. Yer adlarının yaranmasında dominant etnoailənin dil qramatikasının şifahi və yazılı səs, ifadə, təsvir....elementləri (əlifbası) həlledici rol oynamaqla yanaşı tarixi dövr və coğrafi şərait də ilk növbədə nəzərə alınır. Minilliklər keçdikçə filoloji məzmunda baş verən dəyişikliklər coğrafi ərazilərin tarixiliyini dəqiqləşdirməyə imkan verir. Şərqi Avropa düzənliyinin cənub hissəsində Qara, Xəzər və Azov dənizləri əhatəsində olduğu kimi...

Su kütləsinin fiziki fəziyyətlərindən bir də onun donma halıdır və “don” sözkökü ilə ifadə olunur, ismin müxtəlif hallarında müvafiq şəkilçələr qəbul edir. Qədim Türklər suyun donmasını əsas götürərək suya, çaya, dənizə...də bəzən “don”, “danu” deyibl\ər ki, sonralar bir sıra hidronimlərin yaranmasına səbəb olub, o cümlədən, Don çayının etimoloji mənasında “su”, “çay” anlamı əsas götürülür. Don çayının sağ qolu Ağçay (rusca”Aksay”) çayı sahilində Ağçay şəhəri yerləşir, Ağçay çayının sağ qolu Keçən (rusca “Kerçik”) çayı və Azov dənizində Kerç boğazı...Türk mənşəli olmaqla “keçən”, “keçilən” mənasındadır.

Rus linqvistləri, etnoqraf-tarixçi, yazıçılardan A.N.Afanasyev (1828-1871), “Slavyanların təbii poetik düşüncələri” Y.P.Savelyev (1860-1930) “Don çayı deltasında şəhər”, M.R.Fasmer (1886-1962) “Rus dilinin etimoloji lüğəti”, V.İ.Abayev (1900-2001) “Skif-Avropa dil sərhədləri”... əsərlərində Don çayı, eləcə də, Dnepr, Dunay...hidronimlərinin yaranması Qıpşaq-İskit/Sak...dillərindən alınma ifadələrlə bağlıdır. Təbii ki, rus kazaklarının bu bölgələrdə formalaşması (amma, çox təəssüf ki, yüzilliklər çar Rusiyası tərəfindən bu döyüşkən etnomilli qüvvələr Türk-Müsəlman xalqlarına qarşı istifadə edilib) təsadüfi səciyyə daşımaylıb...

Şərqi Avropa düzənliyinin toponimlərinin elmi-nəzəri təhlili göstərir ki, bu ərazilərin tarixi-coğrafi irsində Çöl və Bəyaz Türk xalqlarının filoloji dəyərlər üstünlük təşkil etmişdir...

R.S. İngiltərənin Şeffild və Doikaster, Şotlandiyada Aberdin şəhərlərindən Don çayı axır, Fransada Vilen çayının sağ qolu Don adlanır, Kanadanın Toronto şəhəri Don çayı sahilindədir.


MANŞET XƏBƏRLƏRİ