Avropa İttifaqı Rusiyaya qarşı sanksiya təzyiqini artırmağa hazırlaşır.
Turkustan.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antonio Kosta Ukraynanın Müstəqillik Günü münasibətilə Sofiya meydanında keçirilən tədbirdə bildirib.
Kosta qeyd edib ki, müharibə Rusiyanın resurslarını tükəndirir və Aİ-nin tətbiq etdiyi sanksiyalar da Moskva üzərində təsir göstərir.
“Bu yay əvvəlkindən daha çox görürük ki, müharibə Rusiyanın resurslarını tükəndirir. Sanksiyalarımız da təsir göstərir. Rusiya qətlləri dayandırana və sülhə həqiqi sadiqliyini nümayiş etdirənə qədər təzyiqi artıracağıq”, – Kosta vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az