Aİ-dən Ukraynaya nəhəng dəstək: 6,1 milyard avro ayrıldı


Avropa Komissiyası Ukraynaya hava hücumundan müdafiə sistemləri, radarlar, raketlər və sursatların alınması üçün əlavə 6,1 milyard avro ayrılmasını təsdiqləyib.

Turkustan.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının yaydığı açıqlamada bildirilib.

Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen qeyd edib ki, vəsait Ukraynanın Rusiya tərəfindən həyata keçirilən artan raket və dron hücumlarından müdafiəsinə kömək məqsədi daşıyır.

“Ukraynanın Müstəqillik Günündə Avropa sarsılmaz və konkret dəstəyini nümayiş etdirir. Bu gün Ukraynanın təcili ehtiyac duyduğu hava və raketdən müdafiə sistemləri, raketlər, sursat və radarlar üçün 6,1 milyard avro təsdiqlədik”, – fon der Leyen bildirib.

Onun sözlərinə görə, Avropa Ukraynanın əhalisini və hava məkanını qorumasına dəstək verməyə davam edəcək.

Qeyd edək ki, ayrılan vəsait Ukraynaya dəstək məqsədilə nəzərdə tutulan 90 milyard avroluq kredit paketinin bir hissəsidir. Maliyyələşmə Rusiyanın ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə hücumlarını artırdığı bir vaxtda təqdim olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ