Almaniyanın bəzi əyalətlərində keçiriləcək parlament seçkiləri ərəfəsində, xüsusilə ölkənin şərq bölgələrində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının mövqelərini gücləndirdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, Əyalət parlamenti seçkiləri sentyabrın 6-da Saksoniya-Anhaltda, sentyabrın 20-də isə Meklenburq-Ön Pomeraniya və Berlində keçiriləcək.
Saksoniya-Anhaltda keçirilən son rəy sorğuları AfD-nin seçki yarışında lider olduğunu göstərir.
“Infratest dimap”ın bəzi Almaniya media qurumlarının sifarişi ilə keçirdiyi sorğuya əsasən, AfD respondentlərin 41 faizinin dəstəyini qazanıb. CDU 24 faiz, Sol Partiya 10 faiz, SPD isə 7 faizlə AfD-ni izləyir.
AfD-nin Saksoniya-Anhaltda yüksək dəstəyə malik olması partiyanın Almaniyanın şərq əyalətlərində güclü mövqeyini bir daha nümayiş etdirir.
Almaniya mediasının məlumatına görə, AfD-nin həmsədri Alis Vaydel partiyasının Saksoniya-Anhaltda təkbaşına hökumət qurmaq üçün kifayət qədər səs qazana biləcəyinə inanır.
Partiyanın əyalət baş naziri postuna namizədi Ulrix Ziqmund isə seçkilərdə qalib gələrək Saksoniya-Anhalt hökumətini formalaşdırmağı hədəflədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az