Ermənistanın KTMT-yə ehtiyacı yoxdursa, çıxa bilər - Peskov


Üzvlüyə artıq ehtiyacı yoxdursa, Ermənistan KTMT-dən çıxa bilər.

Turkustan.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Əgər İrəvanın milli maraqlarına görə regional təhlükəsizliyin təmin edilməsi üçün belə bir vacib təşkilata üzvlüyə ehtiyacı yoxdursa, o zaman müvafiq qərarı vermək və bu təşkilatdan çıxmaqda sərbəstdir.

İndiyə qədər müxtəlif səviyyələrdə Ermənistan nümayəndələrinin üzvlüyün dondurulduğu, lakin hələlik çıxmaq planlarının olmadığını bildirən bəyanatlarını eşitmişik. Ən azından, indiyə qədər eşitdiyimiz budur”, - Peskov bildirib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan təşkilatın İrəvanı KTMT-dən çıxarmaq qərarına sevinəcəyini demişdi./axar.az


MANŞET XƏBƏRLƏRİ