Səfəvilərdən Qızılbaşlara


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı
Səfəvilər ərdəbilli Şeyx Səfiəddinin övladlarıdır. Bunlar Ərdəbildə hakimiyyətlərini möhkəmləndirib, ələvi məzhəbini Ərdəbildə rəsmi məzhəb etmişdilər.

Şeyx Səfiəddin 1251-ci ildə Elxanlı imperatorluğunun (1256-1335) qüdrətli zamanında Ərdəbildə anadan olmuş və 1334-cü ildə 82 yaşında vəfat etmişdir.
Şeyx Səfiəddin 25 il şeyx Zahid Gilaninin şagirdi olduğu zaman onun qızı ilə evlənmiş və şeyx Zahid öləndən sonra təriqətin şeyxi olmuşdu.
Şeyx Səfiəddinin ilə müasir olan məşhur Qəzvinli Həmdullah Mustoufi ilə İbn Bəzzazın yazdığı “Səffətus-səfa”da (“Əsli nüxsə”) verdikləri məlumata görə şeyx Səfiəddin,oğlu Sədrəddin,nəvəsi Xacə Əli və onun nəticəsi şeyx İbrahim təriqətin şeyxi olub,xalq arasında çox sevilib və hökumət yanında da nüfuz sahibi olmuşdur.
Şeyx İbrahimin oğlu Cüneyd atasının yerinə oturandan sonra,müridlərini silahlandırmış və özünə sultan ləqəbi verərək Azərbaycan və Anadoluda ələvi məzhəbini yaymağa çalışmışdır.Cahanşah Qaraqoyunlu sultan Cüneydin qüdrətindən qorxuya düşüb ondan Ərdəbili tərk etməsini istəyir. Sultan Cüneyd Diyarbəkirə gedir,orada Ağqoyunlu əmiri Uzun Həsən tərəfindən qarşılanır və Uzun Həsənin bacısı Xədicə Bəyim ilə evlənir.
Uzun Həsən Cahanşahı məğlub edib Təbrizi alandan sonra, sultan Cüneydi yenidən Ərdəbil xanəgahına rəhbər təyin edir.
Sultan Cüneyd 1459-cu ildə Gürcüstan ərazisindən keçib Şimali Qafqazda çərkəzlərinə hücum edir,sonra Şirvanşah (sultan Xəlil) ilə savaşır və bu savaşda ölür.
Sultan Cüneyddən sonra oğlu Heydər onun yerinə oturur.Heydər Uzun Həsənin qızı Aləmşah Bəyim (Marta) ilə evlənir və atasının yolunu ilə davam edir.Aləmşah Bəyim Uzun Həsənin yunan arvadı Trabzon Bizans imperatoru IV İohanın qızı Teodora Meqalenin (Despina) qızı idi. Sultan Heydər əvvəlcə Şimali Qafqaz çərkəzlərini məğlub edir və onlardan 6 minə qədər əsir gətirir.Sonra Şirvanşah Fərrux Yassarla savaşmağa məcbur olur.Fərrux Yassar Ağqoyunlu padşahı sultan Yaqubdan kömək istəyir və sultan Yaqub da öz səltənətinə nicat vermək üçün bibisi oğlu sultan Heydərə hücum edir.Sultan Heydər iki cəbhədə savaşmağa məcbur olaraq Elbrus dağlarının ətəyində şəhid olur.
Sultan Heydər dayısı Uzun Həsənin qızı Aləmşah Bəyim (Marta) ilə evlənmişdi və ondan üç oğlu vardı.İbrahim,İsmayıl və Əli.
Sultan Yaqub onları Şiraza göndərib İstəxr qalasına həbs etdirir.Lakin sultan Yaqub anası tərəfindən zəhərlənərək öldürüləndən sonra hər üçü zindandan çıxırlar. Sultanəli xanagah mürşidi olur və nəhayət, ağqoyunlularla savaşda öldürüldü.
Nəhayət, 1500-cü ildə Ağqoyunlu dövləti Murad və Əlvənd imperatorluğu arasında da bölüşdürdülər.Azərbaycan, Diyarbəkir, Əlvənd Mirzəyə, İraq (Əcəm), İraq və Fars ilə Kirman da Murad bəyə verildi.Bu çəkişmələlərin nəticəsində xalq pərişan,ölkə isə xaraba olmuşdu.Böyük bəylərin əlində oyuncaq halında olan bu iki gənc padşah xəzinıdə pul qalmadığından və əmirlərin mərkəzi tanımamasından müşkül vəziyyətdə qaldılar. Bu müşkül vəziyyətdə şeyx Heydərin kiçik oğlu İsmayıl Gilandan neçə yüz atlı ilə yola çıxıb Ərzincana getdi (1500).Ərzincandan Anadolunun hər tərəfinə xəbərçi göndərib,Səfəvi xanədanının müridlərini çağırırdı. Bu müridlər böyük bir eşqlə Ərzincana gəldilər.İsmayıl bunlardan beş minə qədər ordu hazırlayıb Şirvana tərəf hərəkət etdilər.Müridlərin mühüm qismi köçəri oymaqlara (Ustaclu, Şamlu,Zülqədər,Varsaq,Turqutlu, Əfşar və Qacar) və bir qisim də kəndlilərə (Rumlu və Təkəlu) mənsub idilər.
Şirvanşahla savaşda Fərrux Yassar məğlub oldu və öldürüldü.Bu vəziyyəti görən Əlvənd Mirzə qüvvəsini yığıb Naxçıvan yaxınlığında Səfəvi qoşununun qarşısına çıxdı və çoxlu itki verəndən sonra məğlub olub Diyarbəkirə qaçdı.Bundan sonra İsmayıl gəlib taxta oturdu və şahlığını elan edib,on iki imam adına xütbə oxudub pul basdırdı və Qızılbaş dövləti 1501-ci ildə rəsmən quruldu. Şah İsmayıl bu əsnada 15 yaşlnda idi.
Əlvənd Mirzə Diyarbəkirdə hakimiyyətini hakimiyyətini təkrar ələ gətirmək üçün çalışsa da müvəffəq ola bilməmiş və 1504-ci ildə orada vəfat etmişdir.
Şah İsmayıl 1503-cü ildə sultan Muradı məğlub edib Fars əyalətini və sonra İraqı və Diyarbəkiri aldı və Ağqoyunlu imperatorluğunun tamam torpaqlarını zəbt etdi.Sultan Murad Osmanlı sultanına sığınıb,sultan Səlim ilə birlikdə Qızılbaş dövlətinə gəldi və sonra hökuməti ələ almaq üçün Diyarbəkirə göndərildi.Lakin orada Qızılbaş əmirləri ilə savaşda öldürüldü (1514).
1499-cu ildən ali hakimiyyəti ələ keçirmək üçün mübarizəyə başlayan Şah İsmayıl 1502-ci ilə qədər Azərbaycanı (həm şimali, həm qərbi, həm də Cənubi Azərbaycan),indiki İranı,Gürcüstan,Dağıstanı ələ keçirməyi bacardı.1504-cü ildə yenidən hücuma keçən Şah İsmayıl indiki İranın cənub –qərbini 1505-1508-ci illər ərzində ələ keçirdi və sonda 1510-cu ildə özbəkləri məğlub edərək Xorasanı özünə tabe edir.Tarixçi Daniel V.Braunun bildirdiyinə görə,Şah İsmayl “Fatimilərin süqutundan sonra ən uğurlu ələvi hökmdar” olmuşdur.
Şah İsmayıl atası,qardaşı və ailə üzvlərinin bəzilərini öldürdükləri üçün Ağqoyunlu xanədanına şiddətli kin bəsləyib,bu xanədana mənsub olan və ya tərəfdarı olanlardan əlinə keçəni öldürdü.Onun əlindən qurtulanlar Osmanlı dövlətinə sığınıb, bir çoxları Qızılbaş hüduduna yaxın vilayətlərdə yerləşdilər.Bunlar Osmanlı ordusuna daxil olub əsrlərcə Qızılbaş dövlətinin baş bəlası oldular.
Ərdəbil şeyxi Suıtanəli öldürüldükdən sora İsmayıli müridləri Gilana aparırlar və 15 yaşına qədər orada saxlayırlar. Şah İsmayıl Xətai 17 iyul 1487-ci ildə Ərdəbil şəhərində doğulmuşdu.Gənc İsmayıl Ağqoyunlu dövlətinin daxili ixtilaflarından və aralarındakı çəkişmə və mübarizədən xəbərdar olandan sonra bir neçə yüz nəfərlə 1500-ci ildə Ərzincana tərəf gedir. Şah İsmayıl sultan Bəyazidin zəifliyindən faydalanaraq,ailəsinin tərəfdarlarını ətrafına toplayır və 5000 silahlı müridi ilə Şimali Azərbaycana Şirvanşahın sorağına gedib onu məğlub etdikdən sonra, Təbrizə gəlir. Və göstəriş verib on iki imam və öz adına xütbə oxutdurur.Sonra on ilin ərzində Fəratdan Ceyhun çayına qədər yerləri özünə tabe edir.
Qızılbaş dövlətinin qurulması Anadolu ələvilərində elə bir səs-küy və həyəcan törətmişdi ki, bir-birinə “şah” kəlməsi ilə salam verirlər və şahlarını görmək üçün Qızılbaş dövlətinə gəlirdilər.
ızılbaş hökumətini quran ellərin əksəriyyəti Anadoludan gəlib qızılbaş ordusunu təşkil etmişdilər.Qızılbaşlara aşağıdakı boylar mənsub idi: Ustaclu,Rumlu,Təkəlu,Zülqədər, Şamlu (Bəydili,Xudabəndəlu və İnanlu), Əfşar və Qacar,Ayrıca Gəncə və Bərdə karamanlıları da bu hökumətin quruluşunda iştirak etmişdilər.
Şah İsmayıl böyük bahadır olduğu bir halda,çox həsas şair idi. Türk və fars dillərində şeir söyləyirdi.Onun zamanında türk dili fars dili ilə yanaşı rəsmi yazı dili idi.Ordu və saray dili türkcə idi.Şeirdə “Xətai” təxəllüsünü seşmişdi. “Divani-Xətai” Azərbaycan ədəbiyyatının və mahnı və nəğmə şeirinin ən məşhur əsərlərindədir.Onun şeirlərinin mühüm qismi Həzrət Əli və imamların eşqində söylənmişdir.
Xətai ələvi əqidəsini xalq arasında yaymaq üçün xalq şeirinin qoşma şəklini seçmiş və xalq şairləri “aşıqlar “.onun şeirini təqlid və təzmin etmişlər.
Ələvi məzhəbinin rəsmi məzhəb olaraq elan edilməisi Qızılbaş dövlətində milli vəhdətin və Qızılbaş dövlətinin istiqlalının qorunmasına yardım etdi.
Şah İsmayıl Səfəvi (Xətai) ələvilik və bəktaşilik inancında müqəddəs qəbul edilən yeddi ulu ozandan (sanatçı –pir) biridir.O,Səfəviyyə təriqətinin rəhbəri kimi həm siyasi,həm də dini sahədə ələvi-təsəvvüf düşüncəsinin yayılmasına böyük təsir göstərmişdir.
Mənəvi məqam:Ələvi-Bəktaşi inancında Şah İsmayıl sadəcə hökmdar deyil,ulu ozan və mürşid kimi qəbul olunur.
Şeirləri:Xətai təxəllüsü ilə yazdığı ana dilindəki qoşma,gərayi və nəfəslər ələviliyin ibadətlərində və deyişlərində bu gün də oxunur.
Qızılbaş dövlətinin əsas ideyasını təşkil edən ələvilik Nadir şah Əfşar tərəfindən məhv edilərək cəfəri təriqəti ilə əvəz edilmişdi.
Anadolu Ələviliyində adları və şeirləri hər zaman zikr olunan Cem mərasimlərində şeirləri oxunan buna görə də “ yeddi ulu ozan” adlandırılan şəxslərdən biri də Şah İsmayıl Xətaidir.
Ələvi inanclnda Şah İsmayılın məhz “Şah” olaraq xatırlanması onun dövlət başçısı titulu ilə əlaqədar deyil.Ələvi-Bəktaşi inancında “Şah” sözü müqəddəs bir məna daşıyır.Ələvilikdə Şah müqəddəs,möhtərəm, dəyər verilən,sevilən,örnək şəxsiyyətlərə verilən addır.Bu səbəbdən də bir çox Ələvi-Bəktaşi liderləri Şah titulu daşıyır.
Qızılbaş dövləti qurulandan sonra çoxlu türk elləri Osmanlı dövlətindən Azərbaycana gəldilər.Bu dövrdə xalq dastanları aşıqlar tərəfindən düzəldi.Aşıqlar bu dastanları şeir və nəsrlə saz çalaraq oxuyurdular. Bu dastanların ən mühümləri “Koroğlu”, “ Əsli və Kərəm”, “Qənbər və Arzu”, “Şah İsmayıl və aşıq Qərib” və “Aşıq Abbas Tufarqanlı”dastanlarıdı.
Ardı var


MANŞET XƏBƏRLƏRİ