Trampdan Kanadaya yeni zərbə: Avtomobil və polada 50%-lik tarif


ABŞ 2027-ci il yanvarın 1-dən etibarən Kanadadan gətirilən minik avtomobillərinə, yük maşınlarına, avtomobil ehtiyat hissələrinə və polada tətbiq edilən tarifləri 50%-ə qədər artıracaq.

Turkustan.az xəbər verir ki , bu barədə ABŞ Prezidenti Donald Tramp bazar ertəsi günü özünün "Truth Social" sosial şəbəkəsində yazıb .

Tramp bildirib ki , "Kanada illərdir Amerika Birləşmiş Ştatlarını soyur. Fermerlərimizə və kənd təsərrüfatı məhsullarına tətbiq etdikləri gülünc dərəcədə yüksək tariflər bu böyük Amerika vətənpərvərləri üçün həyatı qeyri-mümkün edib və uzun müddətdir ki, iki ölkə arasında 60 milyard dollarlıq kəsirə səbəb olub" .

Onun sözlərinə görə, "bu, qəbuledilməzdir və bir daha təkrarlanmayacaq".

O qeyd etdi ki, Kanadadan gətirilən bütün avtomobillərə, yük maşınlarına və ehtiyat hissələrinə, eləcə də polada tətbiq edilən tariflər 50%-ə qədər artırılacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ