Rusiya senatorundan Paşinyana: Çıxmaq istəyirsənsə, özün çıx


Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq məsələsi ilə bağlı Baş nazir Nikol Paşinyanın açıqlamasını şərh edib.

Turkustan.az xəbər verir ki, o Cabarov bildirib ki, Ermənistan təşkilatdan çıxarılmasını gözləmək əvəzinə, KTMT-dən ayrılmaq barədə qərarı özü qəbul etməlidir.

Rusiya senatoru Ermənistanda KTMT-də üzvlüklə bağlı referendum keçirilməsini və müəyyən edilmiş prosedura uyğun hərəkət edilməsini təklif edib. Cabarov bu fikirləri Paşinyanın Ermənistanın KTMT-dən çıxarılmasından məmnun olacağını bildirməsindən sonra səsləndirib.

Rusiya rəsmisinin sözlərinə görə, Ermənistanın KTMT-dən çıxması ölkənin təhlükəsizliyini artırmayacaq. O bildirib ki, belə qərardan sonra Moskva ilə İrəvan arasındakı münasibətlər adi dövlətlərarası əlaqələr səviyyəsinə düşəcək.

Cabarov Ermənistanın Avropa İttifaqına üzvlük istiqamətində siyasətinin də ölkə üçün iqtisadi problemlər yarada biləcəyini iddia edib. Onun sözlərinə görə, bu proses Ermənistanı Avropa İttifaqı ilə Avrasiya İqtisadi İttifaqı arasında seçim etməyə məcbur edə bilər. /modern.az/


MANŞET XƏBƏRLƏRİ