Kiyevdə keçirilən “İstəklilər Koalisiyası” sammitində Ukraynanın qışa hazırlığı və ölkənin müdafiə ehtiyacları əsas müzakirə mövzularından olub.
Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, sammitdə əsas diqqət qış mövsümünə qədər “Patriot” hava hücumundan müdafiə sistemləri üçün tutucu raketlərin tədarükünə, Ukrayna Müdafiə Qüvvələrinin 27 milyard dollarlıq maliyyələşdirmə kəsirinin aradan qaldırılmasına və Qara dənizin açılmasına yönəlib.
Ukrayna Prezidenti Rusiyanın, o cümlədən ballistik raketlərdən istifadə etməklə hücumlarını davam etdirdiyini qeyd edib.
“Qış hava hücumundan müdafiə paketinin Ukraynada olmasını təmin etməliyik. “Patriot”lar üçün qış raket paketinə ehtiyacımız var. Ümid edirik ki, bu paketi alacağıq. Qış üçün “Patriot”lar üçün ən azı 300 raketə ehtiyacımız var. Soyuq aylarda hər raket insan həyatının xilas edilməsi deməkdir”, – Zelenski bildirib.
O, müttəfiqləri müvafiq mexanizmlər, ikitərəfli dialoq və müxtəlif həll yolları vasitəsilə bu istiqamətdə işi davam etdirməyə çağırıb.
Aytən Yaşar/ Turkustan.az