Böyük Britaniya Ukraynaya ölkə daxilində uzunmənzilli qanadlı raketlərin yığılması üçün lazım olan məxfi texniki məlumatları təqdim edəcək.
Turkustan.az "Reuters"ə istinadən xəbər verir ki, bununla bağlı Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem məlumat verib.
Onun sözlərinə görə, bu qərar ukraynalılara raketin Ukraynada yığılmasını davam etdirməyə imkan verəcək.
"Böyük Britaniya bu gün və lazım olduğu müddətcə Ukraynanın arxasındadır”, - deyə Börnhem bildirib. /bakivaxti.az/